Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Brüsseldə Reza Deqatinin “Xocalı: Yaralı ruhlar” fotosərgisi keçirilib

Müasir tariximizin yaralı səhifələrindən biri olan Xocalının dinc əhalisinə qarşı törədilmiş amansız soyqırımı haqqında həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi Brüsseldə dünya şöhrətli fotojurnalist Reza Deqatinin “Xocalı: Yaralı ruhlar” fotosərgisini təşkil edib...

APA-nın Britaniya bürosunun xəbərinə görə, səfir Vaqif Sadıqov tədbirin iştirakçılarını öncə Türkiyədə, Suriyada və Xoy şəhərində baş vermiş dağıdıcı zəlzələlər nəticəsində həyatını itirmiş insanların xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib. Daha sonra səfir, 1992-ci ilin 26 fevral tarixində 613 mülki şəxsin dəhşətli qətliamı, 8 ailənin tamamilə məhvi, 1300 nəfərin əsirliyə götürülməsi, yüzlərlə azyaşlıların valideynsiz qalması ilə nəticələnən və bütövlüklə insanlığa qarşı cinayət olan Xocalı soyqırımı haqqında tədbirin iştirakçılarına məlumat verib. Səfir, ölkəmizin çətin günlərində Azərbaycanda olan, xalqımızın çəkdiyi əziyyətli günlərin canlı şahidi, həqiqətləri öz kamerasına qeyd edən və dünyaya yayan Reza Deqatiyə təşəkkürünü bildirib.

Daha sonra Reza Deqati çıxış edib, bir vaxtlar əsas sənəti olan memarlığı atıb foto-jurnalistika ilə məşğul olmasının məhz insanlığa qarşı sevgisindən irəli gəldiyini və həqiqətlərin mədəniyyət və sənət vasitəsilə yayılmasının ən qüvvətli vasitə olduğuna inandığını qeyd edib. Reza Deqati, əslində insanların ölümünə, binaların, tarixi abidələrin, həyati infrastrukturun dağılmasına səbəb olan müharibələrin, təbii fəlakətlərin, böhranların daha çox sağ qalan insanların ruhlarına, qəlblərinə, yaddaşlarına sağalmayan yaralar açdığını dərk etməyimizin vacibliyini vurğulayıb.

Tədbir çərçivəsində ölməz bəstəkarımız Fikrət Əmirovun nəvəsi, istedadlı pianoçu-bəstəkar Nəzrin Əfəndiyevanın Belçikada yaratdığı “Trio Manestri” üçlüyünün ifasında Xocalı faciəsinin qurbanlarının əziz xatirəsinə həsr olunmuş konsert proqramı keçirilib. Pianoda Nəzrin Əfəndiyevanın, skripkada Mari-Karmen Suarezin və fleytada Astrid Gallezin ifasında Azərbaycan xalq mahnıları, F.Əmirovun, A.Rozmanın, K.Azedianın, L.Einaudinin, V.Azaraşvilinin bəstələri və N. Əfəndiyevanın “613 xatirəsinə” və xüsusilə bu tədbir üçün ərsəyə gətirdiyi “Azərbaycan miniatürləri” kompozisiyaları səsləndirilib.

Tədbirdə iştirak etmiş diplomatik korpusun nümayəndələri, Avropa İttifaqının rəsmiləri, Belçikanın mədəniyyət, mətbuat və akademik dairələrinin nümayəndələri və digərləri sərgiyə böyük maraq göstərərək Reza Deqatinin dilindən sərgidə təqdim edilən hər bir foto-şəkil haqqında məlumat alıb, konsert proqramının zənginliyindən məmnun qaldıqlarını və olduqca emosional bir tədbirə şahid olduqlarını bildiriblər.

Fotolar

poliqon.info


Etiket: Reza Deqati


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Lerikdə uçqun baş verən ərazi nəzarətə götürüldü

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Sürücülərin nəzərinə: Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Ən çox oxunanalar