Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Broker Əbülfəz”in ətrafında nə baş verir? – Öz şirkəti özünü məhkəməyə verib

Həbsdə olan “Broker” MMC-nin sahibi, “Broker Əbülfəz” kimi tanınan Əbülfəz Məlikovun oğlu Murad Məlikova qarşı daha bir məhkəmə iddiası üzə çıxıb...

Qaynarinfo xəbər verir ki, İmanov Rizvan Gülümxan oğlu adlı vətəndaş Murad Məlikovu məhkəməyə verib. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatındadır.

İşin mahiyyəti korporativ mübahisələrdən ibarətdir. Rizvan İmanov Murad Məlikovla yanaşı, “Aqro-Mur” MMC-ni də məhkəməyə verib.

Araşdırmalarımız zamanı bəlli olub ki, Rizvan İmanov “Aqro-Mur” MMC-nin qanuni təmsilçisidir. Onun qanuni təmsilçisi olduğu şirkəti məhkəməyə verməsi maraq doğruduğundan araşdırmalarımız davam edib və aydın olub ki, əslində sözügedən MMC-nin təsisçisi Murad Məlikvodur. Şirkətin adındakı “Mur” ifafdəsi də onun adının ilk üç hərfidir.

Bundan əvvəl Murad Məlikov Qaybalıyev Xaqani Alcan oğlu tərəfindən məhkəməyə verilmişdi. Bu işdə cavabdehlərdən biri də “Aqro Səlyan” MMC-dir. Xaqani Qaybalıyevin özü isə “Şəmkir Aqropark”ın direktoru vəzifəsində çalışıb.

Həmçinin Nağıyev Oqtay Rüfət oğlu adlı şəxs Əbülfəz Məlikovu, “MA Group” və “Agro Land MMC” şirkətlərini də məhkəməyə verib. Ehtimal olunur ki, “Aqro Səlyan”, “MA Group” və “Aqro Land MMC” şirkətləri də Məlikovlara məxsusdur.

Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Dövlət Gömrük Komitəsinin (DGK) yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılıb. O, Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma – xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət əməli törətməkdə şübhəli bilinir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ən çox oxunanalar