Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniyanın Aİ-dən çıxışından sonra Fransa, Almaniya və İtaliya rəsmiləri görüşəcək

Kansler Merkel bazar ertəsi Fransa prezidenti Olland, İtaliyanın baş naziri Matteo Renzi və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusku qəbul edəcək


Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland bəyan edib ki, onlar Böyük Britaniyanın Avropa İttifaqını tərk etmək qərarının nəticələrinin öhdəsindən gəlmək üçün "tam razılaşıblar".

Cənab Olland xəbərdarlıq edib ki, "ayrılaraq biz ixtilaf və mübahisələr ilə risk" edirik.

İkili "Brexit-dən" sonra diplomatik fəallığın fonunda Berlində danışıqlar aparacaq.
Bazar ertəsi funtun dəyəri düşməyə başlayıb və bazarlar reaksiya verib.

Böyük Britaniya naziri Corc Osborn Böyük Britaniyada ticarət əməliyyatlarının başlanmasından əvvəl bazarları sakitləşdirmək üçün bəyanat verəcək.

Cənab Kemeronun yerinə namizəd kimi görülən "çıxmaq" kampaniyasına rəhbərlik etmiş Boris Conson deyib ki, Britaniya Aİ ilə əməkdaşlığın "intensivləşdirilməsini" davam etdirəcək

Böyük Britaniyada müxalifətdə olan Leyboristlərin lideri Ceremi Korbin referendum nəticəsinə görə, istefasına çağırışlar fonunda bildirib ki, hər hansı yeni partiyaya rəhbərlik edə bilər

Bazar günü çıxış edən cənab Hollande deyib ki, Böyük Britaniyanın qərarında geri dönüş yoxdur.

"Nə vaxtsa ağlagəlməz olan, indi dönülməz olub", o qeyd edib.

Kansler Merkel bazar ertəsi Fransa prezidenti Olland, İtaliyanın baş naziri Matteo RenziAvropa İttifaqı Şurasının prezidenti Donald Tusku qəbul edəcək.

ABŞ dövlət katibi Con Kerri də danışıqlar üçün də London və Brüsseldə olacaq.

Bazar günü Romada çıxış edən cənab Kerry Böyük Britaniyanın qərarından təəssüfləndiyini bildirib, lakin əlavə edib ki, ABŞ Aİ ilə sıx əlaqələri qoruyub saxlayacaq.

ABŞ prezidenti Barack Obama bəyan edib ki, Britaniyanın qərarına baxmayaraq ABŞ və Böyük Britaniya arasındakı xüsusi münasibətlər davam gətirəcək.

İstirahət günlərində Avropa Komissiyasının prezidenti Jan-Klod Canker bildirib ki, Britaniyanın blokdan çıxarılması prosesi "dərhal" başlamalıdır.

Bir sıra Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri də tezliklə bu prosesin başlanması üçün Britaniyaya çağırış edib.

Britaniya baş naziri Devid Kemeron qeyd edib ki, o, oktyabrda istefa verəcək.

Ötən cümə axşamı keçirilmiş referendum nəticəsi Avropa Birliyinin sarsılmasına səbəb oldu, həmçinin Böyük Britaniya daxilində dərin fikir ayrılıqları olduğunu göstərdi.

Ümumilikdə Britaniyada Aİ-ni tərk etmək üçün seçicilərin 52 faizi, qalmaq üçün isə 48 faizi səs verib. Ancaq Şotlandiyada mənzərə fərqli olub, Aİ-də qalmaq üçün seçicilərin 62 faizi səs verib.

Şotlandiyanın birinci naziri Nikola Stargen BBC-ə bildirib ki, Şotlandiya parlamenti Böyük Britaniyanın Aİ-dən çıxışı üçün yolu bağlamağa cəhd edə bilər.

O bildirib ki, o və onun həmkarları Şotlandiyanın Aİ-də qalması üçün Brüssel rəsmiləri ilə danışıqlara başlayacaq.

Cümə günü xanım Stargen təsdiqləyib ki, Şotlandiyanın ikinci müstəqillik referendumu yenidən gündəmə gəlib (musavat.com).

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar