Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniya kəşfiyyatı: Rusiya İrandan kamikadze dronların yeni partiyasını alıb

Rusiya ordusu üç həftə sonra İranın “Şahed-136” pilotsuz uçan aparatlarından istifadə edərək Ukraynaya zərbələri bərpa edib…

Rusiya ordusu İranın pilotsuz təyyarələrinin yeni partiyasını qəbul edə bilər. PİA.az xarici mətbuata əsasən xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının gündəlik dərc etdiyi xülasədə deyilir.

Məlumatda deyilir ki, dekabrın 6-da Rusiya son üç həftə ərzində ilk dəfə İranın kamikadze pilotsuz təyyarələrindən istifadə edib. Dekabrın 7-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bu dron hücumu barədə məlumat verib. Ukrayna ordusu 17 pilotsuz təyyarəni vurduğunu iddia edir ki, bunlardan 14-ü İranın “Şahed-136” kamikadze dronlarıdır. Həmin dronlarla Zaporojye və Dnepropetrovsk vilayətində obyektlərə hücum edilib.

Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya hərbçiləri sonuncu dəfə noyabrın 17-də İranın kamikadze dronlarından istifadə ediblər. Daha sonra Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Belarus ərazisindən atılan beş “Şahed-136” pilotsuz təyyarəsinin məhv edilməsi barədə məlumat verib. Britaniya kəşfiyyatının xülasəsində deyilir: “Yəqin ki, Rusiya İrandan yeni partiya kamikadze dronlaralıb və bu yolla hücumları bərpa edib.

Xatırladaq ki, Rusiya oktyabrda Ukrayna infrastrukturunu atəşə tutmaq üçün İranın pilotsuz təyyarələrindən kütləvi şəkildə istifadə etməyə başlayıb. Rusiya ordusu digər silah növləri, xüsusən də qanadlı raketlərlə yanaşı pilotsuz təyyarələrdən də istifadə edib.

Noyabrın 23-də Britaniya kəşfiyyatı Rusiya ordusunun İran istehsalı olan PUA-lardan istifadəni dayandırdığını qeyd edib və bunu onların ehtiyatlarının mümkün tükənməsi ilə əlaqələndirib. Noyabrın 19-da “The Washington Post” qəzeti yazıb ki, Rusiyaİran Rusiyada dronların istehsalına başlamaq barədə razılığa gəliblər.

Hərbi ekspertlər isə bildiriblər ki, İran pilotsuz təyyarələri çox səmərəsizdir və onların əsas üstünlüyü qiymətinin aşağı olmasıdır. Mütəxəssislərin fikrincə, bu dronların əksəriyyəti hava hücumundan müdafiə sistemləri və hətta atıcı silahlarla vurulur. Çətinlik ondan ibarətdir ki, yaşayış məntəqəsi üzərində vurulan pilotsuz təyyarə ətrafa çoxlu zərər verə bilər.

Noyabrın sonunda The Washington Post Nikolayvda mobil qrupların gecə saatlarında atıcı silahlarla İran PUA-larının vurulması barədə xəbər dərc etmişdi. Bunun üçün bir nəfər pilotsuz təyyarəni gecəgörmə cihazı və ya istilik sensoru ilə aşkar edib lazerlə işıqlandırmalı, qalanları isə atəş açmalıdır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

Ən çox oxunanalar