Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniya Aİ ilə ticarət danışıqlarını pozacaq qanun layihəsi hazırlayır

Böyük Britaniyada ölkənin Avropa İttifaqından (Aİ) çıxması barədə sazişin əsas hissələrini ləğv edəcək yeni qanun layihəsi hazırlanır, bu da rəsmi Londonla Brüssel arasında ticarət danışıqlarının uğursuzluqla başa çatmasını gətirib-çıxara bilər.

“Report” xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb.

Nəşrin yazdığına görə, çərşənbə günü dərc olunacaq qanunun müddəalarının “Brexit” barədə sazişin Şimali İrlandiyanın Birləşmiş Krallığın gömrük məkanının bir hissəsi olan, eyni zamanda Aİ-nin vahid bazarına və gömrük zonasına çıxışını qoruyan subyekt olmaq statusunun hüquqi qüvvəsini itirməsi ilə nəticələnəcəyi gözlənilir.

Mənbənin qəzetə bildirdiyinə görə, yeni qanun rəsmi Londonun Aİ-dən çıxış üzrə razılaşmalar çərçivəsində üzərinə götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edəcək və beynəlxalq hüquqa zidd olacaq.

Digər mənbə isə söyləyib ki, bu addım Britaniya Baş naziri Boris Consonun regionda sərt sərhədləşməyə qayıtmamaq üçün keçən oktyabrında imzaladığı Şimali İrlandiya üzrə müqaviləni açıq şəkildə pozacaq.

Qeyd edək ki, Britaniya çıxış şərtləri ilə bağlı üçillik danışıqlardan sonra 1 fevral 2020-ci il tarixində Aİ-dən ayrılıb. Brüssel və London bu ilin sonuna qədər bütün Avropa normalarının Birləşmiş Krallıq üçün də keçərli olacağı keçid dövrü tətboq olunması barədə razılığa gəlib. Britaniya tərəfi keçid dövrünü vaxtını uzatmaqdan imtina edib.

İndi qalan bu müddət içərisində London və Brüssel gələcək münasibətlərin qurulması proseduruna dair sənədi razılaşdırmalıdır. Yeni ticarət qaydalarını şərtləndirəcək saziş imzalanmazsa, tərəflər keçid dövrü bitən kimi (31 dekabr 2020) Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarına əsasən ticarət aparmağa başlayacaqlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar