Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bosniya və Hersoqovinanın dövlət başçısı da Bakıya gəlir


Bosniya və Hersoqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç V Qlobal Bakı Forumda iştirak etmək məqsədilə Azərbaycana gələcək.


Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, Mladen İvaniçin forum  çərçivəsində "Beynəlxalq münasibətlərin gələcəyi" mövzusunda keçiriləcək müzakirələrdə çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.

 İclasda Bosniya və Hersoqovinadan başqa, 6 ölkənin - Latviya, Makedoniya, Albaniya, Monteneqro və Gürcüstanın dövlət başçıları iştirak edəcəklər.

Qeyd edək ki, V Qlobal Bakı Forumunda bir sıra ölkələr baş nazir və müavinlər, parlament rəhbərləri səviyyəsində təmsil olunacaq. Ümumulikdə isə forumun işində 50 ölkədən 200-dən çox qonağın - nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ekspertlərin iştirakı gözlənilir.  "Xarici əlaqələrin gələcəyi: güc və maraqlar" mövzusuna həsr olunan forum çərçivəsində panel müzakirələr təşkil olunacaq. Panellərdə terrorizmə qarşı mübarizənin yolları, müasir beynəlxalq münasibətlərin nizama salınmasında ittifaqların qurulması zərurəti, beynəlxalq münasibətlərdə Çinin rolu, ekstremizm və populizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri, Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması  ilə bağlı geniş müzakirələr aparılacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Ukrayna XİN Rusiyanın Zelenskini axtarışa verməsinə münasibət bildirib

Samir Şərifov: Hökumət dəmir yolu infrastrukturu üçün AİB-dən vəsait cəlb edə bilər

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - Yenilənib

Şəmkirdə ağır yol qəzasında ölən və xəsarət aslanların kimliyi məlum olub - Yenilənib

Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib - Yenilənib

Ən çox oxunanalar