Josep Borrell bildirib ki, BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) dəstəyi olmadan beynəlxalq agentliklər Qəzza zolağında tam fəaliyyət göstərə bilməyəcək...
Poliqon xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri bu barədə öz bloqunda yazıb. Borrelin sözlərinə görə, UNRWA-nın maliyyəsinin kəsilməsi Agentliyin işini fevralın sonunda dayandırmaqla hədələyir ki, bu da Qəzzada humanitar böhranı daha da pisləşdirəcək.
Borrelin qeyd edib ki, UNRWA-nı maliyyədən məhrum etmək həm də bütün Yaxın Şərqi təhdid edir. Diplomat bildirib ki, Agentlik İordan çayının qərb sahili, İordaniya, Livan və Suriyadakı təxminən 5,6 milyon fələstinli qaçqına kömək edir.
“Dünya Ərzaq Proqramı və ya BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi kimi heç bir BMT agentliyi UNRWA-nın infrastrukturu, maddi-texniki təchizatı və işçiləri olmadan əməliyyatları idarə edə bilməz”, deyə Josep Borrell bloqunda yazıb.
Qeyd edək ki, keçən həftə The Wall Street Journal qəzeti kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb ki, UNRWA-nın 12 min əməkdaşından təxminən 1200-ü çalışır. İsrail tərəfinin məlumatına görə, 2023-cü il oktyabrın 7-də Fələstin HƏMAS yaraqlılarının İsrailə hücumunda təşkilatın ən azı 12 əməkdaşı iştirak edib.
UNRWA bildirib ki, Qərb ölkələri təşkilatı maliyyələşdirməyə davam etməsə, bu ayın əvvəlində Yaxın Şərq regionunda fəaliyyətini məhdudlaşdırmaq məcburiyyətində qalacaq.
Poliqon.info