Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Boris Conson: “ABŞ-ın İrana hərbi müdaxiləsini dəstəkləməyəcəm”

Böyük Britaniyada Mühafizəkarlar partiyasının lideri və baş nazir postları uğrunda gedən mübarizənin favoriti sayılan Boris Conson ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarını dəstəkləməyəcəyini bildirib

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, belə bir fikirləri o, seçkilərdə rəqibi Ceremi Hantla teledebat zamanı səsləndirib.

“Əgər baş nazir olsam məndən İrana qarşı hərbi əməliyyatlara dəstək göstərib-göstərməyəcəyimi soruşsanız, o halda cavab belə olar – yox”, – deyə Conson bildirib.

O, qeyd edib ki, İranla müharibənin Qərb üçün “ağıllı variant” olduğuna inanmır.

“Diplomatiya irəliyə doğru hərəkət üçün ən yaxşı vasitə olmalıdır”, – deyə o, əlavə edib.

ABŞ-ın İranla hərbi konflikt istəməsinə tərəddüdlə yanaşan Ceremi Hant da öz rəqibinin fikirlərini dəstəkləyib.

pia.az


Etiket: Boris Conson

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar