Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT: Dünyada 113 milyondan çox insan kəskin aclıqdan əziyyət çəkir

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) müharibələr və iqlim dəyişikliyinin səbəb olduğu fəlakətlərə görə 53 ölkədə 113 milyondan çox insanın kəskin aclıqla mübarizə apardığını açıqlayıb

FAO-nun ərzaq böhranına dair hazırladığı 2019-cu il qlobal hesabatına görə, dünya əhalisinin üçdə ikisi aclıq təhlükəsinə məruz qalır.

Bu insanların əksəriyyəti Yəmən, Demokratik Konqo Respublikası, Əfqanıstan və Suriya kimi, müharibə ilə üzləşən ölkələrdə yaşayır.

Afrika ölkələri də FAO-ya görə bu problemdən nisbətsiz bir şəkildə təsirlənir. Qitədəki təxminən 72 milyon insan kəskin aclıqla yaşayır. Hesabata görə, qarşıdurmalar və təhlükəsizlik bunun əsas səbəbləri olsa da, iqtisadi silkələnmə və iqlim dəyişikliyinə bağlı quraqlıq və sel kimi, faktlar da mühüm dərəcədə təsir göstərir.

FAO-nun fövqəladə hallar üzrə direktoru Dominik Burgeon deyib ki, qıtlığın sərhədində olan ölkələrdə əhalinin təxminən 80%-i əkinçiliklə məşğuldur. O, bu ölkələrin həm təcili humanitar yardıma, həm də kənd təsərrüfatını dəstəkləməyə kömək edəcək tədbirlərə ehtiyacı olduğunu bildirib. Direktor Venesuelada davam edən siyasi böhrana da diqqət çəkərək, yarana biləcək bir ərzaq böhranı barədə xəbərdarlıq edib.

Hesabat qlobal səviyyədə aclıqla bağlı çox az bir yaxşılaşma olduğunu da göstərir. Belə ki, 2017-ci ildə 124 milyon insan kəskin aclığa məruz qalmışdır, hesabat bu rəqəmin az da olsa azaldığını göstərir.

Ancaq FAO yenə də davam edən böhranlar nəzərə alındıqda 100 milyon insanın aclıqla üzləşdiyinə dair illərdir davam edən vəziyyətin dəyişməsinin mümkünsüz olması barədə xəbərdarlıq edib.

pia.az


Etiket: BMT aclıq

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Azərbaycan Karate Federasiyasında yeni təyinatlar - Foto

Bakıda məişət tullantıları yanan ərazidən meyit tapılıb

Ən çox oxunanalar