Analitikləri bildirirlər ki, isti qış havası Avropaya enerji bazarında vəziyyəti sabitləşdirməyə imkan verib…
PİA.az xəbər verir ki, bu barədə Bloomberg Agentliyinin təhlilində bildirirlir.
Ekspertlərin fikrincə, enerjiyə qənaət tədbirləri, yeraltı anbarların doldurulması və təchizatçı şəbəkəsinin genişləndirilməsi sayəsində Avropada kritik səviyyədə gözlənilən böhranın qarşısı alınıb. Bildirilir ki, Ukraynada müharibə başlamazdan əvvəl Aİ Rusiyadan bütün qazın 40%-ni alırdısa, indi bu payı 8%-ə endirib. “Qazprom”un Avropa bazarına tədarükləri 2022-ci ildə 80% azalıb.
“Bildiyimiz qədər, tam iqtisadi çöküşün, Avropa sənayesinin çökməsi təhlükəsinin qarşısı alınıb”, deyə Almaniyanın İqtisadiyyat naziri Robert Habek bildirib.
Bununla belə, ekspetlər hesab edir Bloomberg-ə deyiblər ki, güclü şaxtalar və ya tədarükün kəsilməsi hələ də Avropada enerji böhranına səbəb ola bilər.
Qeyd edək ki, artan enerji qiymətləri artıq 2022-ci ildə Avropaya təxminən 1 trilyon dollara başa gəlib. Avropa hökumətləri əhalini və biznesi dəstəkləmək üçün 700 milyard dollardan çox vəsait xərcləyib.
pia.az