Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bizdə şəkər xəstələrinin sayı niyə artıb? – Həkimdən xəbərdarlıq

Xəbər verdiyimiz kimi, Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı artıb...

2018-ci ildə Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan şəkərli diabet xəstələrin sayı 255 470 olub.

Bu say 2017-ci ildə 243 226, 2015-ci ildə 209 377, 2010-cu ildə 121 095, 2005-ci ildə 55 713 nəfər olub. 2018-ci ildə ölkədə 24 774 nəfərə ilk dәfә şəkərli diabet diaqnozu qoyulub ki, bu say da 2005-ci ildə 9 825 olub. 2005-ci ildə əhalinin hәr 100 000 nәfәrindən 117,2-nə ilk dəfə şəkərli diabet diaqnozu qoyulduğu halda, 2018-ci ildə bu say artraraq 252,3 olub. Ölkədəki şəkərli diabet xəstələrinin 224 607-i insulindən asılı olmayan, 30 863-i insulindən asılı xəstələrdir.

Bəs görəsən, bu artımın səbəbləri nələrdir? Mövzu ilə bağlı tanınmış həkim Vasif İsmayıl “Yeni Sabah”a danışıb. O, şəkərli diabet xəstələrinin sayı artmasını bu sözlərlə izah edib:

“Bu artım qidalanma ilə bağlıdır. Bəli, Azərbaycanda qidalanma, kalori artdı. Ona görə də çoxalıb. Əvvəllər başqa cür qidalanırdıq və ölkədə şəkər xəstələrinin sayı az idi. Məsələn, əvvəllər çoxlu kola içmirdik, enerji içkiləri qəbul etmirdik. Amma indi bu içkilərdən çoxlu qəbul edirik və bunlar da şəkər xəstəliyinə gətirib çıxarır”.

Tanınmış həkim insanların necə qidalanması ilə bağlı da məsləhətlərini dilə gətirib:

“Mən həmişə belə söyləyirəm, 150-200 il əvvəl nə yemişiksə, onu davam etməliyik. İndiki qidaların bir çoxu zərərlidir, şəkər xəstəliyi yaradır. Burada “Fastfood”ları da qeyd edərdim. Hazırda insanların çoxu, xüsusilə də gənc nəsil belə qidalara üstünlük verirlər, çox yeyirlər. Həmin insanlara deyərdim ki, belə qidalardan uzaq dursunlar”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar