Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Birinci Xəzər İqtisadi Forumu keçirilməsinə hazırlıq gedir - Türkmənistanda

Türkmənistan 2019-cu ildə keçirilməsi nəzərdə tutulan VI Xəzər sammitinə və Birinci Xəzər İqtisadi Forumuna hazırlaşır

AZƏRTAC Türkmənistanın TDH dövlət informasiya agentliyinə istinadla xəbər verir ki, hökumət səviyyəsində müvafiq təşkilat komitəsi yaradılması barədə təkliflər hazırlanıb.

Təşkilat komitəsinin əsas vəzifələri sırasına yuxarıda adları çəkilən beynəlxalq tədbirlərin keçirilməsinə hazırlıq, bütün lazımi məsələlərin vaxtında həll edilməsi, o cümlədən sammitin gündəliyinin, imzalanması nəzərdə tutulan sənədlərin layihələrinin, habelə Birinci Xəzər İqtisadi Forumunun konsepsiyasının hazırlanması məsələləri daxildir.

Prezident Qurbanqulu Berdiməhəmmədov hökumətin iclasında bildirib ki, Xəzər regionunun əhəmiyyəti onun hüdudlarından çox-çox kənara çıxır. Region geosiyasi və geoiqtisadi proseslərin strateji mərkəzlərindən birinə çevrilir, burada qlobal səviyyəli multimodal nəqliyyat-tranzit qovşağı formalaşır.

Bu da öz növbəsində, yaxın və uzaq perspektivə hesablanmış əməkdaşlığın əsas istiqamətlərinin gerçəkləşdirilməsi, nüfuzlu beynəlxalq təşkilatlar və bütün əlaqədar tərəfdaşlarla konstruktiv dialoqu möhkəmlətmək məqsədilə Xəzəryanı ölkələrin səylərinin birləşdirilməsini tələb edir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı

Azərbaycana gələn turistlər Bakıdan sonra ən çox hansı əraziyə üstünlük verirlər? 

Ən çox oxunanalar