Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Birinci rübdə Türkiyədən Rusiyaya ixrac kəskin azalıb

Türkiyədən Rusiyaya ixrac ödənişlərlə bağlı problemlər səbəbindən birinci rübdə 32% azalıb...

Qərbin sanksiyalar siyasəti və pul köçürmələri ilə bağlı problemlər səbəbindən Türkiyədən Rusiyaya ixrac 2023-cü ilə nisbətən birinci rübdə 32,1% azalıb.

Poliqon xəbər verir ki, bu barədə Türkiyənin “Ekonomim” biznes qəzeti Milli Statistika İnstitutunun məlumatlarına istinadən məlumat yayıb.

Yanvar-mart aylarında Türkiyənin 25 sənaye sahəsindən yalnız 4-ü Rusiyaya ixracı artırıb, tədarükün əhəmiyyətli hissəsini təşkil edən kimya sənayesində itkilər 32,4%-ə çatıb. Nəşr qeyd edir ki, Türkiyə İxracatçılar Məclisinin məlumatına görə, ixracda əsas azalma üç sektorda müşahidə olunub: tütün, dəri məmulatları və zərgərlik.

Statistikaya görə təkcə mart ayında Türkiyədən Rusiyaya ixrac bir il əvvəlki ilə müqayisədə 28% azalaraq və 758 milyon dollar təşkil edib. Ümumilikdə, birinci rübün nəticələrinə görə, Rusiyaya ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 milyard dollar təşkil edib. 2023-cü ilin yanvar-mart aylarında bu göstərici 3,1 milyard dollar olub.

“Ekonomim” Rusiya ilə yanaşı, Türkiyənin MDB ölkələrinə ixracında azalma olduğunu yazır. Birinci rübdə MDB ölkələrinə ixracda azalma 14% təşkil edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Axios: İsrail “Hizbullah”ın yeni liderini öldürmək üçün Beyruta hücum edir...

Ən çox oxunanalar