Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir qrup iş adamı prezidentə müraciət edib - Taleh Ziyadovun özbaşınalıqları onları cana gətirib


Ölkə prezidentinə edilən müraciətə 30-dan artıq yerli iş adamı müraciət edib


Müraciətdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında baş alıb gedən özbaşınalıqlar və qanunsuzluqlar sadalanır. 

Hər şeydən əvvəl onlardan qanunsuz yerə pul tələb olunmasına, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktorunun qanunsuz tələbləri nəticəsində məruz qaldıqları ziyanın həcmi ölkə prezidentinin diqqətinə çatdırılır. İş adamları prezident İlham Əliyevdən Taleh Ziyadovun qanunsuz əməlləriən və özbaşınalıqlarına son verilməsi üçün müvafiq tədbirlər görülməsini xahiş edirlər. 

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadovun qanunsuz əməllərindən və özbaşınalıqlarından bir qrupp iş aramı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət edib. Bu barədə ANAXEBER.az-a adının açıqlanmasını istəməyən iş adamı məlumat verib. 

İş adamının bildirdiyinə görə onlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadovun qanunsuz əməlləri və özbaşınalıqları ucbatından normal fəaliyyt göstərə bilmirlər və bu üzdəndə ciddi ziyanla üzləşirlər. Belə ki, iş adamının sözlərinə görə Taleh Ziyadov onların yüklərini limanda qanunsuz olaraq çaxlayır, Limanın məsul işçiləri onlardan açıq şəkildə rüşvət tələb edirlər. Rüşvət verməkdən imtina edənlər isə qanunsuz olaraq Limanda yubadılmaya məruz qalırlar. Bu isə onların həm mallarının ziyan olmasına, həm də vax itkisindən ziyana uğramalarına səbəb olur.

Mənbə bildirib ki, ölkə prezidentinə edilən müraciətə 30-dan artıq yerli iş adamı müraciət edib. Həmin müraciətdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında baş alıb gedən özbaşınalıqlar və qanunsuzluqlar sadalanır. Hər şeydən əvvəl onlardan qanunsuz yerə pul tələb olunmasına, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktorunun qanunsuz tələbləri nəticəsində məruz qaldıqları ziyanın həcmi ölkə prezidentinin diqqətinə çatdırılır. İş adamları prezident İlham Əliyevdən Taleh Ziyadovun qanunsuz əməlləriən və özbaşınalıqlarına son verilməsi üçün müvafiq tədbirlər görülməsini xahiş edirlər. 

Məsələ ilə bağlı Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə əlaqə saxlamağa çalışsaq da, buna nail ola bilmədik. 

Qeyd edək ki, son zamanlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanından ölkə rəhbərliyinə şikayətlərin sayı artıb. Şikayətlər əsasən iş adamlarından qanunsuz pul tələb etmələrlə bağlıdır. Hətta bir müddət əvvəl Bakı Beynəlxalq Dəniz Ticarət Limanıın işçisi rəhbərlik tərəfindən qanunsuz əməllərə sövq edilməsi səbəbindən intihara cəhd etmişdi. Özünü yandıran liman işçisi xəstəxayana çatdırılimışdı. Sonradan bu məsələnin üstü ört-basdır edildi. 

Həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının rəhbərliyinin, xüsusən də baş direktor Taleh Ziyadovun və baş direktorun müşaviri İlham Mehrəliyevin Türkiyədə dövlət çevrilişinə cəhd etməkdə suçlanan FETÖ terror təşkilatının Azərbaycan şəbəkəsinin önəmli simaları olmaları barədə məlumatlar son zamanlar kütləvi şəkildə mətbuatda yayılmaqdadır.məsələ ilə bağlı Taleh Ziyadov heç bir açıqlama verməsə də, onun müşaviri İlham Mehrəliyevin FETÖ üzvü olması şübhə doğurmur. Eyni zamanda Taleh Ziyadovun da hələ ABŞ-da təhsil aldığı illərdə Gülən şəbəkəsi tərəfindən ələ alındığı qeyd olunur. Bu ikilinin əsas vəzifələrindən biri Bakı Beynəlxalq Dəniz Ticarət Limanını Gülən şəbəkəsinin nəzarətinə vermək olduğu və artıq Taleh Ziyadovun və İlham Mehrəliyevin bui şin öhdəsindən gəldiyi qeyd olunur.

Qeyd edək ki, ötən həftə Azərbaycan Respublikasının Baş prokurorluğu tərəfindən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında FETÖ araşdırmalarına başlaması barədə məlumat yayılmışdı. Həmin məlumat hələ də təkzib olunmayıb. 

Yazıda səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mənbə: Anaxeber.az
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar