Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir il ərzində Azərbaycanda hansı ərzaq məhsulları bahalaşıb?

2021-ci ilin yanvar-noyabr aylarında istehlak bazarında qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə artım 7,4 faiz olub.

PİA.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi rəqəmlərə əsasən, cari ilin noyabr ayında istehlak səbətinə daxil olan məhsul və xidmətlərin dəyəri 1,5 faiz, 2020-ci ilin noyabr ayına nisbətən isə 11,1 faiz artıb.

Ötən ilin noyabr ayı ilə müqayisədə 2021-ci ilin noyabr ayında çörək, çörək məmulatları və yarmalar 9,5 faiz, ət və ət məhsulları 3,5 faiz, balıq və balıq məhsulları 10,3 faiz, süd və süd məhsulları, yumurta 13,3 faiz, kərə və bitki yağları 12,5 faiz, meyvələr 11 faiz, tərəvəzlər 59,1 faiz, qənd, cem, bal, şokolad və konfetlər 12 faiz, digər kateqoriyalara aid edilməyən ərzaq məhsulları 8,9 faiz, çay, qəhvə və kakao 7,9 faiz, mineral sular, sərinləşdirici içkilər və şirələr 6,5 faiz, araq, konyak 3,6 faiz, çaxır 5,8 faiz, pivə 4,1, tütün məmulatları 8,2 faiz bahalaşıb.

Son bir ay ərzində (noyabr) qiymətində 3 faizdən çox artım müşahidə olunan ərzaq məhsullarından xüsusilə ağartıları - süd, qatılaşdırılmış süd, yoğurt, xama, qatıq, ayran, pendir növləri, kəsmik, yumurta və kərə yağı qeyd etmək lazımdır. Həmçinin ölkədə bir ay ərzində qarabaşaq yarmasının, meyvələrdən banan, armud, qurudulmuş meyvələrdən əriyin qiymətində artım olub. Çərəzlərdən qoz, tərəvəzlərdən ağ kələm, xiyar, pomidor, badımcan, şirin bibər, sarımsaq, soğan, kartof, qara noxud, mərci və şəkər tozunun qiyməti daha çox artıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Ən çox oxunanalar