Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir həftə davam edəcək danışıqlar... - Vaşinqton Ermənistanı israrla sülhə zorlayır?

Ceyhun Bayramov-Entoni Blinken və Ararat Mirzoyan arasında üçtərəfli görüşün müzakirə predmetlərini necə dəyərləndirərmək olar?

Siyasi-şərhçi: “Rusiya bu danışıqlıqlardan kənarda qalmaq istəmir və öz diktəsini yürütmək istəyir. Ancaq görünən odur ki, Rusiyanın bütün cəhdlərinə baxmayaraq, sülh prosesi Moskvanın nəzarətindən tamamilə çıxarılır”.

“Görünən odur ki, Bakı və İrəvan Moskvada danışıqlar aparmağa razılaşmayıb”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli Vaşinqtonda keçirilən Bayramov-Mirzoyan görüşünü Poliqon-a şərh edərkən qeyd edib.

Vaşinqtonda dünən keçirilən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüşün atmosferini və müzakirə predmetlərini necə dəyərləndirərmək olar?

Görüşdən sonra Blinken bildirib ki, AzərbaycanErmənistan xarici işlər naziri bir həftə Vaşinqtonda qalaraq danışıqları davam etdirəcəklər. Açığı, 30 ildir davam edən danışıqlar prosesində ilk dəfədir ki, belə bir vəziyyətlə rastlaşırıq. Bu nə deməkdir? Tərəflər sülhə çox yaxındır, yoxsa Vaşinqton tərəfləri israrla sülhə zorlayır?

Mövzunu Poliqon-un əməkdaşı AĞ Partiya Mərkəzi Aparatının rəhbəri, siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Bu prosesdən narahat olan Rusiyanın Qarabağda yeni bir təxribatı baş verməzsə, sülh sazişi yaxın zamanda imzalana bilər”.

Baki-İrəvan və Vaşinqtonun Rusiyanın Qarabağda və sərhəddə törədə biləcəyi təxribatlarına hazır olmalı olduqlarını vurğulayan ekspert Poliqon-a bildirib ki, Rusiya heç də Azərbaycan-Ermənitan münasibətlərinin normallaşması prosesindən asanlıqla geri çəkiləsi deyil:

“Bildiyimiz kimi, sülh prosesi çərçivəsində baş tutan bu danışıqlar adəti üzərinə bir dəfə Aİ ölkələrində keçirilirdisə, dərhal sonra Rusiyada ikinci görüş baş tuturdu. Hər dəfə bu proses təkrarlanaraq yerində qalırdı. Adətən Qərbdə əldə olunan razılaşmalar Moskvada pozulurdu.və veç bir ciddi irəlləyiş baş vermirdi. Çünki Vladimir Putinin dediyi kimi, bu prosesin iki müxtəlif variantı var: Vaşinqton və Moskva variantı.

Rusiya bu danışıqlıqlardan kənarda qalmaq istəmir və öz diktəsini yürütmək istəyir. Ancaq görünən odur ki, Rusiyanın bütün cəhdlərinə baxmayaraq, sülh prosesi Moskvanın nəzarətindən tamamilə çıxarılır. Xatırladaq ki, baș nazir Nikol Paşinyan Qarabağ beynəlxalq sülhməramlıların gətirilməsi təklifini yenidən səsləndirib və bu Rusiya XİN-in kəskin narazılığına səbəb olub. Danışıqların bir neçə gün uzadılmasınıda bununla əlaqələndirirəm.

Görünən odur ki, Bakı və İrəvan Moskvada danışıqlar aparmağa razılaşmayıb. Əsas ehtimal budur ki, Azərbaycanın Laçın yoluna nəzarəti tam bərqərar
etməsinə görə Moskvanı ittiham edən İrəvan bu görüşün baş tutmasından imtina edib. Eyni zamanda Azərbaycanda başa düşür ki, Rusiya bölgədə sülhün olmasını istəmir. Çünki bölgədə sülhün bərqarar olması, ermənilərin ərazi bütovlüyümüzü tanıması o anlama gəlir ki, artıq Rusiya ehtiyac qalmır.

Kamran Məmmədli: “Ortaq məxrəcə gəlmək üçün kifayət qədər zaman olacaq və ən əsası, Dövlət Departamenti xüsusi səy göstərəcək ki, danışıqlarda ciddi nəticə əldə olunsun”.

Bu baxımdan, hər iki tərəf üçün ABŞ və Aİ vasitəçiliyi daha məqbuldur. Vaşinqton danışıqlarının ilkin mərhələdindən məlum olan odur ki, nazirlər bir neçə
gün ABŞ paytaxtında qalıb müzakirələr aparacaqlar. Yəni ortaq məxrəcə gəlmək üçün kifayət qədər zaman olacaq və ən əsası, Dövlət Departamenti xüsusi səy göstərəcək ki, danışıqlarda ciddi nəticə əldə olunsun. Hesab edirəm ki, bu prosesdən narahat olan Rusiyanın Qarabağda yeni bir təxribatı baş verməzsə, sülh sazişi yaxın zamanda imzalana bilər.

Fikrimcə, Baki-İrəvan və Vaşinqton Rusiyanın Qarabağda və sərhəddə törədə biləcək təxribatlarına hazır olmalıdır. Rusiya belə asan bu prosesdən çəkiləsi deyil”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib – Təfərrüat

ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Bakıda kişi telefonda çox danışan arvadını döydü

Həkim geniş yayılmış mifi dağıtdı; "Soyuqdəyməyə kömək etmir"

Ən çox oxunanalar