Binəqədi sakinini döyərək pulqabısını alanlar tutulub
DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 7-də paytaxt sakini Elmir Hümbətzadənin yaşadığı evə gələrək onu döyüb içərisində 382 manat və açar olan pulqabısını almaqda şübhəli bilinən tanışları - Ağcabədi rayon sakinləri Hikmət Soltanov, Sədi Kərimov və Pərviz Sultanov saxlanılıblar.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
pia.az