Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bilmirəm ki, İtaliya niyə bu vacib layihəyə bəzən maneə törədir”


Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi İtaliya üçün bir neçə aspektdən vacibdir


Bunu ADA Universitetində keçirilən Bakı Yay Enerji Məktəbində çıxışı zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

“İtaliya Avropa İttifaqı ölkələri arasında ən çox qaz idxal edən və istehlakçıları tərəfindən ən çox qaz pulu verən ölkədir. TAP layihəsi isə daha çox diversifikasiyanı təmin edəcək. Eyni zamanda qaz ekologiya baxımından da əlverişlidir”, – deyə nazir bildirib.

P.Şahbazov əlavə edib ki, TAP layihəsinin tikintisi yeni iş yerlərin açılması və bu layihəyə daha çox şirkətlərin iştirakını təmin edəcək: “Sosial layihələri də qeyd etmək lazımdır. Bilmirəm İtaliya niyə bu vacib layihəyə bəzən maneə törədir?! İtaliyada indi yeni hökumət formallaşıb, onlara da, yəqin ki, biraz vaxt lazımdır ki, işləri daha yaxşı başa düşsünlər”. 


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

ABŞ Ukraynaya silah tədarükü üzrə qrupun iclasını keçirəcək

İsrail ordusu: Ötən il Qəzzada öldürülən 3 girovun meyitləri tapılıb

Lerikdə uçqun baş verən ərazi nəzarətə götürüldü

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

Ən çox oxunanalar