Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bill Geyts süni intellekti nüvə silahı ilə müqayisə edib

Microsoft şirkətinin qurucusu, milyarder Bill Geyts süni intellektin (Sİ) inkişafını atom energetikası və nüvə silahı ilə müqayisə edib

“Hightech” saytının verdiyi məlumata görə, B.Geyts alqoritmlərin hələ ki insanların və cəmiyyət həyatının keyfiyyətinə ciddi təsir göstərmədiyini bildirib.

Onun sözlərinə görə, Sİ hazırda neyroşəbəkələrdən məlumatlar bazasının təhlili və əmtəələrin dövriyyəsi üçün istifadə edən korporasiyalara fayda gətirir.

“İlk öncə, süni intellekti tibb və təhsil sahəsinə daxil etmək lazımdır. Əgər kompüterlər sabah bütün dünyaya yayıla biləcək ideal dərslik proqramlarını tərtib edə bilsələr, mən maşın intellektinə etibar etməyə hazıram”,- deyə amerikalı milyarder Stenford universitetinin yeni təhsil mərkəzinin açılışında bəyan edib.

Bill Geyts Süni İntellekt sahəsindəki ən böyük problemin qeyri-şəffaflıq olduğunu bildirib. Bundan başqa, o, ABŞ-ın texnologiya bazarında getdikcə liderliyini itirməkdə olduğunu vurğulayıb.(musavat.com)

pia.az


Etiket: Bill Geyts

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Ən çox oxunanalar