Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Biləcəri bələdiyyəsinin saxta sənəd oyunu - Qalmaqal


Bələdiyyə sədri İlham Xəlilovun əhaliyə satdığı yerlərin rəsmi qaydada qeydiyyata alınmadığı aşkarlanıb


Bakının ən bahalı torpaq sahələrinə malik olan rayonlarından biri Binəqədidir. 

Bu rayonun rəhbəri Xaləddin İsgəndərov qohumu, vergilər naziri Fazil Məmmədova güvənərək Binəqədidə istədiyini edir. Amma onun da dirənə biləcəyi yerlər varmış. Və çox təəccüblüdür ki, həmin dirəndiyi yer heç də yüksək mənsəb sahibləri və ya qurumları deyil. Əksinə, həmin şəxs Binəqədi rayonunun ən böyük qəsəbələrindən biri olan Biləcərinin bələdiyyə sədri İlham Xəlilovdur. 

Jam.az-ın apardığı araşdırmalar nəticəsində məlum olub ki, Xaləddin İsgəndərovun İlham Xəlilova gücü çatmır. Elə bu səbəbdəndir ki, Biləcəridə bələdiyyə tərəfindən satılan torpağın üzərində tikinti işləri aparmaq üçün rayon İcra Hakimiyyəti ya icazə vermir, ya da külli miqdarda pul istəyir. Məsələn, hazırda qəsəbədə ev tikmək üçün icazənin alınmasının qiyməti 15 min manata qaldırılıb. 

İsgəndərovla Xəlilov arasındakı hüsumətin əsl səbəbinin dəqiq olaraq nə olduğunu bilən yoxdur. Amma ehtimal edilir ki, deputat Hacı Madərə güvənərək, bildiyini edən bələdiyyə sədri satdığı torpaqlardan əldə etdiyi pulları icra başçısı ilə bölüşdürməkdən imtina edib. Və ya qazandığının çox cüzi hissəsini rayon rəhbərliyinə çatdırır. Yəni, işin hansı tərəfini çevirdikdə sonda maddi məsələyə gətirib çıxarır. 

Araşdırmalara görə, Xəlilov 2004-cü ildə qəsəbə bələdiyyəsinin rəhbəridir və həddindən ziyadə varlı biridir. Onun Biləcəridə bir neçə restoranı, ticarəət obyektləri, marketləri, maşın təmiri sexləri, tikinti materialları dükanı və digərləri var. Bütün bunların hamısı bələdiyyənin imkanları hesabına əldə edilib. Yəni, büdcədən ayrılan pullarla bərabər, qəsəbə torpaqlarını qarış-qarış satan bələdiyyə sədri böyük sərvətə malik olub. 

Amma İlham Xəlilovun bu yaxınlarda başını ağrıdacaq çox ciddi bir hadisənin olacağı gözlənilir. Nəqliyyat naziri Ziya Məmmədovla üz-üzə gələn və onun haqqında mətbuatda kompromat materiallar yaydıran İlham Xəlilovun başını ağrıdacaq əsas məqam satılmış torpaqlara görə verilən bir çox sərəncamların saxta olmasının üzə çıxa biləcəyidir. İddia olunur ki, Biləcəri qəsəbəsində satılmış torpaqlara görə verilmiş sərəncamların bəziləri saxtadır və onların kökü kitaba vurulmayıb. Amma torpaq sahiblərindən guya, sənədli olması adı ilə onminlərlə manat pul alınıb. 

Maraqlı məqamlardan biri də odur ki, qanunvericiliyə əsasən bələdiyyələr torpağı hərrac yolu ilə sata bilərlər. Elə İlham Xəlilov da «qanunla» hərəkət edir, amma köçürmə məsələsində. Məsələn, Biləcəridə ən ucuz torpağın sotu 15 min manatdan başlayıb, 50 min manata qədər yüksəlir. Bələdiyyə sədri isə ən bahalı torpağı belə hərracda bir sotu üçün 1200 manatdan satışa çıxarıb. Yəni, sənədləşdirmə də yalnız bu rəqəm ətrafında baş verib. Əksər hərraclarda isə qiymət 5-6 yüz manatdan artıq göstərilmir. 

Qeyd edək ki, Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilovun əhaliyə satdığı torpaqların bir qisminin sənədlərinin saxta olduğu da üzə çıxıb. Məlumata görə, bələdiyyə sədri külli miqdarda pul alıb, satdığı torpaqların bir qismini rəsmi olaraq sənədləşdirməyib. Sadəcə, bələdiyyənin möhürü olan kağız verib. Amma bu torpaq sahələrinin konkret olaraq satıldığı vətəndaşın adında olmaması və ya kitaba vurulmaması sonradan məlum olub. Elə buna görə də, Biləcəri qəsəbəsində durum xeyli gərgindir. 

P.S. Yaxın günlərdə İlham Xəlilovun «sənəd» verdiyi ərazilərlə bağlı geniş məlumat verəcəyik. Araşdırmamız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar