Şənbə, 25 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bəzi süd məhsullarının qiymətinin kəskin bahalaşmasının səbəbi nədir?

Azərbaycanda bir sıra süd məhsullarının qiymətlərində kəskin şəkildə bahalaşma baş verib...

Belə ki, qatılaşdırılmış südün qiyməti bir müddət bundan öncə 3-4 manat arası təşkil edirdisə, hazırda onun qiyməti 9 manata qədər qalxıb.

Maraqlıdır, görəsən, süni bahalaşmanın səbəbi nədir?

Lent.az məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarəti Dövlət Xidmətinə müraciət edib.

Qurumdan bildirilib ki, xidmət tərəfindən hazırda qatılaşdırılmış süd məhsullarının, o cümlədən digər süd məhsullarının satışı bazarında hər hansı bir bazara giriş maneəsi və ya rəqabəti məhdudlaşdıran digər hallar müşahidə edilmir.

Qeyd edilib ki, həmin məhsulun qiymətindəki artım məhsulun maya dəyərinin elementlərindəki artımdan, həmçinin tələb-təklif əsaslı qiymət dəyişikliklərindən qaynaqlana bilər. Məlumat üçün bildirək ki, rəqabət məhdudiyyətləri olmayan bazarlarda qiymətlər tələb və təklifin dinamikası və ona təsir göstərən digər iqtisadi səbəblərə görə formalaşır.

Hazırda istehlak bazarında qatılaşdırılmış süd məhsulları da daxil olmaqla, ümumilikdə süd məhsulları bazarında rəqabəti məhdudlaşdıran razılaşmalar, sahəvi inhisarçılıq və ya inhisarçılığın digər formaları kimi rəqabəti məhdudlaşdıran hallar mövcud deyil.

Qeyd edirib ki, son dövrlər sosial şəbəkələrdə müzakirə olunan idxal olunan qatılaşdırılmış süd məhsulunun qiymətindəki sürətli artım həmin bazarın rəqabətlilik vəziyyətindən qaynaqlanmır. Məhsulun qiymətinin artmasına səbəb kimi idxal olunduğu ölkədəki qiymətindəki artım (alış qiyməti), məhsula olan tələbdəki artım və ya satıcının kommersiya qərarı ola bilər. Qeyd edilən məhsulların qiymətləri qanunvericiliyin tələblərinə əməl edilməklə təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən edilə bilər.

İstehlak bazarında sahibkarlar tərəfindən istehlakçılara müxtəlif qiymət və şərtlərlə mal və xidmətlər təklif olunur. Mövcud qanunvericiliyə əsasən, istehlakçı onların arasından qiyməti və istehlak xassələri daha uyğun olan malı və ya xidməti öz ehtiyacına və zövqünə görə sərbəst şəkildə seçərək ala bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bütün vətəndaşların piyada getdiyi parka AzTV sədri niyə maşınla gedir? – Foto

İranda zəlzələ nəticəsində 165 nəfər yaralanıb - Yenilənib, Video

Qara dəniz üzərində "Boeing" və iki qırıcı görünüb

Araik Moskvadan qayıdandan sonra: “Müharibəyə hazırlaşmaq üçün silahlanmalıyıq”

“Qalatasaray” futbol klubu: “Can Azərbaycanda zəfər deyil, səfərbərlik zamanıdır"

Onlar varlanmaq üçün doğulub - Ən zəngin 6 bürc

Sülhməramlıların yerləşdiyi ərazimizdəki qanunsuz erməni silahlıları mövqelərimizi atəşə tutub

Ən çox oxunanalar