Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beynəlxalq ticarətdə dollardan imtina etmək mümkündür?

İqtisadçı ekspert: “Dünya ticarət dövriyyəsinin 70 faizdən yuxarısı ABŞ dolları ilə həyata keçirilir”

“Bu gün hər bir subyekt ABŞ dollarının və yaxud da avronun rəngindən, dizaynından xoşu gəldiyi üçün deyil, bu valyutaların digər valyuta növlərindən nisbətən daha dayanıqlı olduğu üçün seçir”.

Bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənov son zamanlar beynəlxalq ticarətdə dollardan imtina edilməsi məsələsini PİA.az-a şərh edərkən qeyd edib.

Xatırladaq ki, son illər ABŞ hökumətinin dolların dünyadakı mövqeyindən siyasi məqsədlər üçün istifadə etməsi bir çox ölkələri ciddi seçim qarşısında qoyub. Xəbər verdiyimiz kimi bir müddət bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Rusiya, Çin, İran və Ukrayna kimi ölkələrlə ikitərəfli ticari ödənişlərin milli valyuta ilə ödənilməsinin planlaşdırıldığını bildirdi.

Türkiyənin ardından da Rusiya ABŞ sanksiyalarına cavab olaraq qlobal ticarətdə dollardan istifadəni dayandıracağını dedi. Moskva Çin və İranla birlikdə hərəkət edəcəyini, daha vacib sayılan neft satışında dollardan imtina olunacağını bildirdi. Belə ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov avqustun 23-də “Beynəlxalq İşlər” dərgisinə müsahibəsində deyib ki, “sözdən hərəkətə keçməyimizin, qarşılıqlı razılaşmalada dollardan istifadədən imtinanın, başqa alternativlər axtarmağın vaxtı çatıb”.

İran da ABŞ sanksiyaları altındadır və Rusiya kimi o da ABŞ dollarından imtina etmək istəyir. Dollar on illərdir dünyanın əsas valyutası sayılır, neft, mis, digər vacib məhsulların ticarətində ondan istifadə olunur. İranRusiya böyük neft ixracatçılarıdır və məhz neft sənayeləri ABŞ sanksiyalarına məruz qalıb.

Artıq iqtisadçılar arasında belə bir fikir formalaşır ki, yaxın illərdə ABŞ dolları dünyadakı hökmranlığının zəiflədilməsinə yönələn hücumlarla qarşılaşacaq. Gözlənilir ki, bu mübarizədə əsas döyüş meydanlarından biri enerji bazarı olacaq. Təxminlərə görə məhz bu bazarda oyun qaydalarının dəyişməsi ABŞ-ın iqtisadi üstünlüyünün gələcək taleyini həll edəcək.

Hazırda ABŞ 2 milyarda yaxın əhalisi və 15 trilyon dollara yaxın ÜDM-i olan dünyanın 10/1-inə qarşı iqtisadi müharibə aparır və bu bir sıra dövlətlərə, ayrı-ayrı dövlətlərin məmurlarına qarşı sanksiyalarla müşahidə edilir. Son bir neçə ayda baş verənlər belə bir təəssürat yaradır ki, ABŞ sanksiyalardan daha çox siyasi və iqtisadi maraqlarını təmin etmək üçün istifadə edir.

Paralel maliyyə sistemi yaratmaq üçün bütün imkanlarını səfərbər edən dövlətlərin fəaliyyəti uğurlu olsa, bu, ABŞ-ın dünyada mövqeyini kardinal şəkildə dəyişməsinə səbəb ola bilər. Praktiki olaraq bu gün beynəlxalq ticarətdə dollardan imtina etmək mümkündür və dolları beynəlxalq ticarətdə vaz keçilməz edən hansı xüsusiyyətləridir?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Rəşad Həsənovun fikirlərini öyrənib.

Rəşad Həsənov: “Dövlətlər arasında müəyyən ticari əlaqələr milli valyuta ilə həyata keçirilə bilər. Amma düşünürəm ki, özəl sektor prosesdə iştirak etmirsə, bunun genişlənməsi mümkün olmayacaq”.

Dollarla bağlı beynəlxalq ticarətdəki prossesin çox mürəkkəb olduğunu vurğulayan iqtisadçı-ekspert PİA.az-a açıqlamasında bildirib ki, dollar bütün dünyada ən güvənilir valyuta olduğu üçün heç bir ölkənin tam olaraq dollardan imtina etmək imkanı yoxdur. Hər şeydən əvvəl özəl sektorda və dünya birjalarında alqı-satqı məhz ABŞ dolları ilə həyata keçirildiyi üçün bu valyutanın beynəlxalq ticarətdə dominatlığını ortadan qaldırmaq mümkün deyil. Türkiyə, Rusiyaİranın valyutaları ilə bağlı ciddi narahatlıqlar olduğunu qeyd edən Rəşad Həsənov əlavə edib ki, bu ölkələrin valyutalarında məzənnənin növbəti dövrlər üçün proqnozlaşdırılması çox çətindir və bu ölkələrin dollardan imtinası heç də onların valyutalarının möhkəmlənməsi üçün şərait yaratmayacaq. Əksinə dollardan imtina edən ölkələrin valyutaları psixoloji baryerlərlə üzləşə bilər və bu da həmin ölkələrin valyutalarının daha çox dəyər itirməsinə səbəb ola bilər:

“Dollarla bağlı olan proses çox mürəkkəb prosesdir. Bu günkü şərtlər daxilində, xüsusən də Rusiya, İran və Türkiyə üçün dollardan imtina bir qədər mümkün görünməyən bir ideyadır. Çünki məsələ ondan ibarətdir ki, bu gün dünya ticarətinin subyektləri daha güvənilir valyuta növlərindən istifadə etməklə öz ticari fəaliyyətlərini davam etdirməyə çalışırlar. Burada məqsəd ondan ibarətdir ki, növbəti dövrlərdə hər hansı bir yaranan risklərdən sığortalanmaq mümkün olsun. Bu gün hər bir subyekt ABŞ dollarının və yaxud da avronun rəngindən, dizaynından xoşu gəldiyi üçün deyil, bu valyutaların digər valyuta növlərindən nisbətən daha dayanaqlı olduğu üçün seçir. İş adamları bizneslərinin etibarlı gələcəyini dollarla və avroyla proqnozlaşdırdıqları üçün bu valyutalardan istifadə etməyə çalışırlar. İndiki zamanda həm dollar, həm də avro dünya ticarətinin təxmini 90 faizini əhatə edir. Dünya ticarət dövriyyəsinin 70 faizdən yuxarısı ABŞ dolları ilə həyata keçirilir.

Dollar bütün dünyada ən güvənilir valyuta olduğu üçün heç bir ölkənin tam olaraq dollardan imtina etmək imkanı yoxdur. Hər şeydən əvvəl özəl sektorda və dünya birjalarında alqı-satqı məhz ABŞ dolları ilə həyata keçirildiyi üçün bu valyutanın beynəlxalq ticarətdə dominatlığını ortadan qaldırmaq mümkün deyil. Burada subyektlər, yəni ticarətlə məşğul olanlar başa düşürlər ki, ABŞ dollarının məzənnəsi hər hansı fərdin davranışlarından deyil, güclü bir iqtisadiyyatın arxasında dayandığı bazar şərtləri daxilində formalaşır. Yəni ABŞ-da güclü institutlar formalaşıb ki, onlar öz qərarlarında müstəqildirlər. Bu gün Federal Ehtiyat Sistemi ABŞ hökumətinin tabeliyində fəaliyyət göstərmir. Praktika da onu göstərir ki, Federal Ehtiyat Sisteminin ABŞ dolları və məzənnə siyasəti ilə bağlı qərarları birmənalı olaraq öz mövqeyini əks etdirən qərarlardır. Bu qərarlar dolların sabit məzənnəsində və dayanıqlığında əsas elementlərdən biridir.

Rəşad Həsənov: “ABŞ dollarının məzənnəsi hər hansı fərdin davranışlarından deyil, güclü bir iqtisadiyyatın arxasında dayandığı bazar şərtləri daxilində formalaşır”.

Bu şərtlər eyni zamanda avro üçün də keçərlidir. Burada da hər hansı fərdlər, hər hansı işlək olmayan mexanizmlər məzənnənin formalaşmasında təsir göstərə bilmir. Məzənnə iqtisadiyyatın mövcud konyukturu və eyni zamanda müstəqil institutların qərarları fonunda formalaşır. Məhz bu səbəbdəndir ki, investr ticarət subyekti öz fəaliyyətini dollarla və avroyla aparmaq istəyir.

Türkiyə, Rusiyaİranın valyutaları ilə bağlı ciddi narahatlıqlar var. Bu ölkələrin valyutalarında məzənnənin növbəti dövrlər üçün proqnozlaşdırılması çox çətindir və bu ölkələrin dollardan imtinası heç də onların valyutalarının möhkəmlənməsi üçün şərait yaratmayacaq. Əksinə dollardan imtina edən ölkələrin valyutaları psixoloji baryerlərlə üzləşə bilər və bu da həmin ölkələrin valyutalarının daha çox dəyər itirməsinə səbəb ola bilər.

Eyni zamanda da hər üç ölkədə demək olar ki, müstəqil maliyyə fondları inkişaf etməyib. Məzənnənin sabitliyini təmin edəcək və bununla bağlı zəmanəti təklif edəcək infrastruktur yoxdur. Bu şərtlər daxilində düşünürəm ki, baxmayaraq ki, bu üç ölkə öz aralarında müəyyən qədər bu istiqamətdə tədbirlər görürlər, amma bu son nəticədə özəl sektorun prosesdən kənarda qalmasına və bu prossesdə iştirak etməməsi ilə nəticələnəcək. Çünki özəl sektor alqı satqıda dollardan istifadə etməyə məcburdur. Əks halda zərərlər dövlət tərəfindən kompensasiya olunmalıdır ki, bu isə qeyd olunan ölkələrdə ehtimal olunmayan proqnoz, ssenari hesab oluna bilər.

Onu da qeyd edim ki, dövlətlər arasında müəyyən ticari əlaqələr milli valyuta ilə həyata keçirilə bilər. Amma düşünürəm ki, özəl sektor prosesdə iştirak etmirsə, bunun genişlənməsi mümkün olmayacaq”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Ən çox oxunanalar