Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bəxtiyar Vahabzadəyə həsr olunmuş “Ustada sayğı gecəsi” keçiriləcək

Bakı Yunus Əmrə İnstitutu, Azərbaycan Yazıçılar Birliyi və TİKA Bakı Koordinatorluğunun birgə təşkilatçılığı ilə fevralın 13-ü Xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının 10-cu ildönümü ilə bağlı “Ustada sayğı gecəsi” keçiriləcək

Panel saat 12:00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda baş tutacaq. Paneli giriş sözü ilə AYB-nin sədri, Xalq yazıçısı Anar açaraq qonaqları salamlayacaq. Ardınca TİKA Bakı koordinatoru Teoman Tiryaki, Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmir açılış nitqi ilə çıxış edəcəklər.

Çıxışlardan sonra söz məruzəçilərə veriləcək. Türkiyənin Atatürk Universitetinin professoru Sedat Adıgözəl “Bəxtiyar Vahabzadənin şeirində millət, vətən və dil”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Esmira Fuad “Bəxtiyar Vahabzadə yaradıcılığında türkçülük”, İzmir Katib Çələbi Universitetindən Selçuk Türkyılmaz “Millətə yol göstərən şair: Bəxtiyar Vahabzadə”, Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Pərvin Nurəliyeva “Bəxtiyar Vahabzadə və Şəki” mövzularında məruzələr edəcəklər.

Çıxışlar və dəyərləndirmələrdən sonra iştirakçılara Təşəkkürnamələr təqdim olunacaq.

Həmin gün saat 19:00-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçiriləcək “Ustada sayğı gecəsi”Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığını özündə əks etdirən video çarxla başlayacaq.

AYB-nin sədri, Xalq yazıçısı Anar, Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmir və TİKA Bakı koordinatoru Teoman Tiryakinin çıxışlarından sonra şairin “Əlvida” şeiri öz səsindən təqdim olunacaq.

Azərbaycan Respublikasının xalq artisti Flora Kərimova və xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar Bəxtiyar Vahabzadənin şeirlərinə bəstələnən mahnıları ifa edəcəklər.

Türkiyəli qonaqların çıxışından sonra aktyor Şamil İbrahimov “Mən Türkəm” şeirini səsləndirəcək.
Xalq şairi Sabir Rüstəmxanlının Bəxtiyar Vahabzadə yaradıcılığı haqqındakı çıxışından sonra tamaşaçılar, “Özümüzü kəsən qılınc” səhnə əsərinə baxacaqlar.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevə həsr edilmiş futbol turniri başa çatıb

Azərbaycan üçün yeni idman növünün təqdimatı olub

Ən çox oxunanalar