Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Berkokun Cənubi Qafqaz səfəri - Hansı səbəblər Almaniyanı regionda aktivləşməyə məcbur edir?..

Almaniyanın xarici işlər naziri Bakıda mətbuat konfransında yalan söyləməklə yanaşı, separatçıların toponimlərindən istifadə etməklə özünü pis vəziyyətdə qoydu...

Politoloq: “Annalena Berbok kifayət qədər təcrübəli diplomatdır. O, belə həssas mövzuda ciddi səhv edəcək qədər təcrübəsiz insan deyil”.

“Xanım nazir özünün Qarabağdan Ermənistana getmiş ermənilərlə görüşünü uzun-uzadı təsvir etsə də, ona ünvanlanan azərbaycanlı köçkün və qaçqınlarla görüşüb-görüşmədiyi barədə yanlış və yalan dolu cavab verməklə kifayətlənib”.

Bu sözləri politoloq Turan Rzayev Almaniyanın xarici işlər nazirinin Bakı səfərində dediyi fikirləri Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycana səfər etdi. Səfər bir çox baxımdan diqqət çəksə də, xanım nazirin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşü, mətbuat konfransında dedikləri xüsusi diqqət çəkdi. Məsələn, Berkok bildirib ki, Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Lakin buna baxmayaraq xanım nazir çıxışında Şuşa və Xankəndi şəhərinin qondarma rejimin qoyduğu “adları” çəkdi və bu qarşı tərəfdə sərt reaksiya doğurdu. Bundan başqa ona ünvanlanan azərbaycanlı köçkün və qaçqınlarla görüşüb-görüşmədiyi barədə suala cavabında xanım nazir yalan söylədi.

Ümumilikdə, Almaniyanın xarici işlər nazirinin regiona səfərini uğurlu hesab etmək olar və hansı səbəblər Almaniyanı Cənubi Qafqazda aktivləşməyə məcbur edir?

Almaniyanın Cənubi Qafqaz siyasətini Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Almaniyanın xarici işlər naziri Annalena Berbokun Azərbaycana səfəri və bu səfər zamanı baş verənlər bir daha onu deməyə əsas verir ki, rəsmi Bakının Qərb formatlarında keçirilən görüşlərdən imtina etməsi doğru addımdır”.

Ermənistan ilə Azərbaycan arasındakı mövcud problemlərin mütləq şəkildə Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi regional bir platformada həll edilməli olduğunu vurğulayan politoloq Poliqon-a bildirib ki, Almaniya və Fransanın mövcud qərəzli, ikiüzlü və manipulyativ mövqeləri dəyişmədiyi təqdirdə, Azərbaycan Qərb formatlarında keçiriləcək görüşlərdə iştirak etməməlidir:

Birincisi, nəzərə almaq lazımdır ki, Annalena Berbok kifayət qədər təcrübəli diplomatdır. O, belə həssas mövzuda ciddi səhv edəcək qədər təcrübəsiz insan deyil. Yəni bu məqsədyönlü şəkildə atılmış “diplomatik” addımdır. Təsadüfi deyil ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Annalena Berbokun nə etmək istədiyini dərhal anladı və diplomatik tərzdə “Xanım nazirin istifadə etdiyi ikinci “adlar” mövcud deyil. Ona görə də Azərbaycan hüququna hörmət göstərilsin” iradını bildirdi.

İkincisi, Annelena Berbok birgə mətbuat konfransında deyib ki, Ermənistanda səfərdə olarkən Qarabağdan köçən insanlarla görüşüb və onlar Qarabağa qayıtmaq istədiklərini deyiblər. Alman diplomat cümləsini belə bitirib: “Hesab edirəm ki, Azərbaycan onlara şans tanımalıdır”. Annelena Berbokun bu sözlərində həqiqət var. Qarabağdan köçən ermənilərin bir çoxu Azərbaycana qayıtmaq istəyir. Lakin qayıtmaq istəyən ermənilərin bir çoxu hələ də “Muxtariyyət”, “təhlükəsizlik üçün beynəlxalq mexanizmin yaradılması” kimi absurd tələblər irəli sürür.

Rəsmi Bakının tələbi isə aydındır: Qarabağdan köçən ermənilər Azərbaycan vətəndaşlığını qəbul edəcəyi təqdirdə geri qayıda bilər. Ermənilərə muxtariyyətin verilməsi məsələsi isə müzakirə mövzusu deyil.
Bundan başqa Almaniya XİN başçısı Azərbaycanın Qarabağ ermənilərinə şans tanımalı olduğunu desə də Ermənistanın Qərbi azərbaycanlılara şans tanımalı olduğunu deməyib. Yəni o, bu məsələdə də qərəzli mövqe sərgiləyib.

Turan Rzayev: “Annelena Berbok Bakıda Ermənistandan köçmüş şəxslərlə görüş keçirdiyini desə də, məlum olub ki, əslində, Almaniyanın xarici işlər naziri Bakının “Mənzərə" restoranında vətəndaş cəmiyyətinin bəzi nümayəndələri ilə görüşünə istinad edirmiş”.

Üçüncüsü, xanım nazir özünün Qarabağdan Ermənistana getmiş ermənilərlə görüşünü uzun-uzadı təsvir etsə də, ona ünvanlanan azərbaycanlı köçkün və qaçqınlarla görüşüb-görüşmədiyi barədə yanlış və yalan dolu cavab verməklə kifayətlənib.
Annelena Berbok Bakıda Ermənistandan köçmüş şəxslərlə görüş keçirdiyini desə də, məlum olub ki, əslində, Almaniyanın xarici işlər naziri Bakının "Mənzərə” restoranında vətəndaş cəmiyyətinin bəzi nümayəndələri ilə görüşünə istinad edirmiş.

İşin tragikomik tərəfi isə ondan ibarətdir ki, Almaniya nazirinə qaçqın və məcburi köçkünlərlə görüş üçün təklif verilsə də o, bu görüşdən imtina edib.

Nəticə etibarilə, Almaniyanın xarici işlər naziri Annalena Berbokun Azərbaycana səfəri və bu səfər zamanı baş verənlər bir daha onu deməyə əsas verir ki, rəsmi Bakının Qərb formatlarında keçirilən görüşlərdən imtina etməsi doğru addımdır. Ermənistan ilə Azərbaycan arasındakı mövcud problemlər mütləq şəkildə Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi regional bir platformada həll edilməlidir. Almaniya və Fransanın mövcud qərəzli, ikiüzlü və manipulyativ mövqeləri dəyişmədiyi təqdirdə, Azərbaycan Qərb formatlarında keçiriləcək görüşlərdə iştirak etməməlidir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

Kir Starmer: İran-İsrail münaqişəsi dünya üçün dağıdıcı nəticələrə səbəb olacaq

MOSSAD “Hizbullah”ın peycerlərini partlatmaq əməliyyatını 2022-ci ildən planlaşdırırmış

Tokayev: Qazaxıstanda AES beynəlxalq konsorsium tərəfindən tikilməlidir

Azərbaycan Premyer Liqası: Bu gün IX tura yekun vurulacaq

Ən çox oxunanalar