Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bərdənin Hacılar kəndinə təbii qaz verildi


İyulun 31-də Hacılar kəndinə təbii qaz verilişinin açılışı olub


Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi  İsayev, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Kamil İsayev, “Alıbəyli” MMC-nin direktoru Seymur Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri və KİV nümayəndələri   iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı  Vidadi İsayev Azərbaycan Respublikasının  möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə bütün respublikamızda olduğu kimi Bərdə rayonunda da geniş tikinti-abadlıq işləri aparıldığını, bir-birinin ardınca rayonun  kəndlərinin qazlaşdırıldığını, bir an öncə Bala Qacar kəndinə təbii qaz verildiyini, hazırda 22 kəndə təbii qaz çəkildiyini qeyd etmiş, Hacılar kəndinin 130 fərdi yaşayış evinin qazlaşdırılması üçün 12,6 km-dən çox müxtəlif diametrli qaz xətləri çəkildiyini, 22 ədəd siyirtmə quraşdırıldığını, bütün qaz xətlərinin kipliyə və möhkəmliyə görə yoxlanıldığını  bildirmiş, sakinləri bu əlamətdar hadisə münasibəti ilə təbirik etmiş, təbii qazdan xeyir işlərdə istifadə etmələrini arzulamışdır.  

Tədbirdə  kənd sakinləri Nazibə Alıyeva və Rafiq Qaraşov çıxış edərək kəndə təbii qaz verilişinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Kamil İsayev çıxış edərək sakinləri kəndə təbii qaz verilişi ilə əlaqədar təbrik etmişdir.
Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev kənd sakini və “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi nümayəndəsi ilə birlikdə kəndə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli  yandırmışlar.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və rayonun rəhbər işçiləri kənd sakini Mehralıyev Nəbi Surxay oğlunun fərdi yaşayış evində təbii qazın yandırılmasında iştirak etmişlər. 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb

Ən çox oxunanalar