Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Belarusda demokratların qələbəsi həm də ermənilərin təbliğatının sonu deməkdir”

“Dünyanın istənilən yerində demokratların qalib gəlməsinə tərəfdar olsam da, belarusların qələbəsinə daha çox ehtiyac duyulur, qənaətindəyəm. Çünki Belarus Avropda sonuncu diktatura rejimidir. İkincisi, nəzərə alsaq ki, post-sovet məkanında belə qələbəni sonuncu dəfə ermənilər qazanıb, onlardan estafetin belaruslara keçməsi ilə erməni təbliğatının ruporuna çevrilmiş inqilab və islahatlar barədə müzakirələrin bitməsində maraqlıyam”.

Bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib.

“Nə qədər inqilabın sonuncu dayanacağı Ermənistan olacaq, bir o qədər də ermənilər bundan hər yerdə və hər zaman öz təbliğatları üçün daha uzun müddətdə istifadə edəcəklər. Odur ki, Belarusda demokratların qələbəsi həm də ermənilərin təbliğatının sonu deməkdir. Bundan sonra daha onları dinləyən və alqışlayan olmayacaq. Beynəlxalq ictimaiyyətin diqqəti Belarusda olacaq. Üçüncüsü, Belarusda demokratların qələbəsi bölgədə rus avtoritarizmin zəifləməsi deməkdir, çünki bugünün Belarusu sabahın Rusiyasıdır. Heç şübhəsiz ki, Belarus qızmar yayı rusun sərin payızının hərarətini artıracaq və onun istisindən Azərbaycana da pay düşəcək. Bunu öncədən görənlər və qorxuya düşənlər bu gün Navalnıya sui-qəsd planlarını reallaşdırdılar. Məqsəd post-sovet məkanında başlayacaq yeni demokratikləşmə dalğasını əngəlləməkdir. Nəhəyət, Belarusda demokratların qələbəsi avtoritarizmdən demokratiyaya keçid üçün mövcud təcrübələri zənginləşdirəcək və Azərbaycan demokratlarının da seçim imkanlarını artıracaq.

Yekun olaraq onu bildirmək istəyirəm ki, Belarusda, Rusiyada baş verənlər Azərbaycanda olduğu kimi təkrarlanacagına inanım azdır. Azərbaycanın demokratikləmə estafetini Belarusdan və ya Rusiyadan alması üçün lazım olan şərtlər hələ də tam formalaşmayıb. Onlar hansılardır? Fikrimcə, birinci şərt hər kəsin dəyişikliklər istəməsidir. İkinci şərt dəyişikliklər istəyənlərin özlərinin dəyişməsidir. Üçüncü şərt isə birliyə nail olunması və dəyişiklərə liderlik edən şəxsin meydana çıxmasıdır. Hesab edirəm ki, Azərbaycanda birinci şərt yetişsə də, ikinci və üçüncü şərtiun təmin olunması üçün hələ görüləsi işlərimiz çoxdur. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, dəyişiklik istəyənlərin çoxu özü dəyişmək və bu yöndə məsuliyyət götürmək istəmir. Həmişə gözləyir ki, bunu başqaları onun da əvəzindən etsin. Digər tərəfdən də dəyişiklik istəyənlər birləşmək də istəmir. Belə dəyişikliklərə nail olmaq mümkün deyil. İlk növbədə hər kəs özünə güvənməli və dəyişikliyə özündən başlamalıdır. Belə olarsa, onun ardınca liderlər də yaranacaq və tezliklə Azərbaycan azad və demokratik ölkələr sırasına qatılmaqla çoxlu dostlar qazanacaq və bütün bunlar da Qarabağı və işğal altında olan ətraf rayonları geri alınması üçün həddindən artıq dərəcədə vacibdir” – Q.İbadoğlu qeyd edib.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Masallıdakı restoranlardan biri dövlətə məxsus əraziləri zəbt edib?

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Bakının bəzi ərazilərində və Xırdalanda qaz kəsiləcək

Sabiq VHP-çi Məhəməliyevə YAP-çı deputat mandatı halaldırmı?

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ermənistanın müdafiə naziri maliyyə pozuntularına görə cərimələnib

Ceyhun Bayramovdan şifrəli mesajlar... - Ermənistan Azərbaycandan nələri istəyir?

Ən çox oxunanalar