Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bayıl sürüşmə sahəsinin yerləşdiyi yamacda həmişə təhlükə var”


“Bayıl sürüşmə sahəsində ailələrin evlərinə qayıtması hələ ki mümkün deyil”


Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O xatırladıb ki, hazırda təhlükəli vəziyyətlə bağlı olaraq ərazidəki evlərin kommunikasiya xətləri kəsilib: “Bu səbəbdən də ailələrin evlərinə qayıtması hələ ki mümkün deyil”.

Ə.Qaralov bildirib ki, Bayılda yeni sürüşmə sahəsindəki çatlara mayaklar qoyulub: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hər gün ərazidə olur, müşahidələr aparılır. Hələ ki, vəziyyət stabildir, dəyişiklik yoxdur”.

“Sürüşmə zonasının ətrafında tikilən binalar üçün hər hansı təhlükə varmı?” sualına cavab olaraq bildirib ki, həmin binalar tikilərkən onların bünövrəsi geoloji cəhətdən öyrənilib və onlara müvafiq qurumlar tərəfindən rəy verilib: “Bizim işimiz riskli əraziləri konturlaşdırmaq və bu barədə müvafiq qurumlara məlumat verməkdir”.

Ölkə ərazisində olan digər sürüşmə zonalarındakı vəziyyətə gəlincə, mütəxəssis qeyd edib ki, sürüşmə zonalarında vəziyyət stabil olaraq qalır: “Yeni sürüşmə sahəsinin yaranması ilə bağlı məlumat yoxdur”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar