ABŞ prezidenti Cozef Bayden Çinin “ByteDance” şirkətinə məxsus “TikTok” sosial şəbəkəsini qadağan edən qanun layihəsinin Konqresdə qəbul ediləcəyi təqdirdə onu imzalayacağına söz verib.
Poliqon xəbər verir ki, bu barədə “C-SPAN” kanalı məlumat yayıb.
Jurnalist Amerika liderindən “TikTok”un qadağan edilməsi ilə bağlı sənədi imzalayıb-imzalamayacağını soruşub. Bayden isə öz növbəsində deyib: “Əgər onlar qəbul etsələr, imzalayacağam”.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının qanunvericiləri Çinin “ByteDance” şirkətinə məxsus olan “TikTok” sosial şəbəkəsini qadağan edən qanun layihəsi hazırlayıblar.
Poliqon.info