Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Başımıza gələnlərdən sonra kimsə nüvə silahından könüllü imtina etməyəcək” - Müdafiə naziri

Ukraynannın Müdafiə naziri bildirib ki, Rusiyanın Ukraynaya təcavüzü Qərbin yanlış siyasətinin nəticəsidir...

Rusiyanın Ukraynaya təcavüzündən sonra heç bir ölkə nüvə silahından əl çəkməyəcək, çoxları isə əksinə, onu əldə etməyə çalışacaq”.

Poliqon Ukraynanın Unian nəşrinə istinadən xəbər verir ki, bunu Qara Dəniz Təhlükəsizlik Konfransında çıxışı zamanı Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.

O, xatırladıb ki, Ukrayna könüllü olaraq dünyanın üçüncü ən böyük nüvə arsenalından imtina edib, bunun əvəzində Budapeşt Memorandumu çərçivəsində təhlükəsizlik zəmanətləri alıb.

“Gəlin düzünü deyək: bizim başımıza gələnlərdən sonra nə vaxtsa kimsə nüvə silahından könüllü imtina etməyə razılaşacaqmı? Yoxsa, əksinə, hər hansı vasitə ilə nüvə silahı əldə etmək üçün əllərindən gələni edəcəklər”, deyə Reznikov əlavə edib.

Nazir həmçinin qeyd edib ki, Rusiyanın Ukraynaya təcavüzü Qərbin yanlış siyasətinin nəticəsidir.

Qeyd edək ki, 1994-cü ildə Ukrayna Rusiya, Böyük BritaniyaABŞ ilə müqavilələr paketi imzalayıb. Bu müqaviləyə əsasən, Kiyev SSRİ-dən miras qalmış nüvə arsenalının müqabilində təhlükəsizlik zəmanəti alıb. Daha sonra müqaviləyə Fransa və Çin də qoşulub.

Budapeşt Memorandumu kimi tanınan sənəddə imzalayanların Ukraynanın müstəqilliyinə, suverenliyinə və mövcud sərhədlərinə hörmətlə yanaşacaqları, Ukraynaya qarşı güc tətbiq etmək təhdidlərindən çəkinəcəkləri, Kiyevə iqtisadi təzyiq göstərməyəcəkləri və nüvə silahından istifadə etməyəcəkləri xüsusi qeyd edilib. İmzalayan tərəflər həmçinin Ukrayna təcavüzün qurbanı olacağı təqdirdə ona kömək edəcəklərinə söz veriblər.

21 fevral 2022-ci ildə Ukrayna Memorandumu imzalayanlarla məsləhətləşmələr tələb etsə də, konkret qərar qəbul edilməyib. Fevralın 24-də Ukraynanın nüvə arsenalına son qoyan imzaçılardan biri olan Rusiya genişmiqyaslı işğala başlayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Azərbaycana gələn turistlər Bakıdan sonra ən çox hansı əraziyə üstünlük verirlər? 

Əməkdar artist Cəlilabadda məscid tikdirib - Video

Ən çox oxunanalar