Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Başı bəlalı “əsgər salamı” – Bizimkilər də cəzalandırılacaq?

Xəbər verdiyimiz kimi, Türkiyənin Suriyadakı “Sülh Çeşməsi” hərbi əməliyyatına bir çox futbolçu “əsgər salamı” verərək dəstək olub

Türkiyə millisinin üzvlərinin Albaniya (1:0) və Fransa (1:1) ilə matçlarda bunu nümayiş etdirməsindən sonra bir çox futbolçular onlara dəstək oldu. “Futbola siyasət qarışdırmaq olmaz” deyə UEFA-nın da bununla bağlı cəzalar tətbiq edəcəyi gözlənilir.

“Traktor”un (Təbriz) futbolçusu Mehdi Bəbri bu əməliyyata dəstək olduğuna görə, İran Futbol Federasiyası tərəfindən cəzalandırıldı. Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldo da “Yuventus”dan komanda yoldaşı Melih Demiralı “əsgər salamı” ilə qarşılayıb.

Bəs Azərbaycanda vəziyyət necədir? Bu dəstəyin Premyer Liqamızın əsas oyunlarında da göstərilməsinə qadağa olub-olmadığını öyrənmək üçün Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyə müraciə etdik. O, açıqlamasında klublara bununla bağlı hər hansı xəbərdarlıq edilmədiyini bildirdi:

“Bizdə bununla bağlı hər hansı bir qadağa yoxdur. Ümumiyyətlə, futbolçunun cəzlandırlması üçün xüsusi kodeks var. Bundan əlavə klubun daxili kodeksi də olur ki, qadağan olunmuş hansısa hərəkəti futbolçu etsə, komandadan uzaqlaşdırılır və ya başqa şəkildə cəzalandırılır”.

Bu gün keçiriləcək “Qəbələ” – “Qarabağ” oyununda əməliyyata dəstək xarakterli nəyinsə olacağı və ya futbolçulara qadağa qoyulub-qoyulmaması ilə əlaqədar olaraq klubların mətbuat xidmətinin rəhbərlərinə sual ünvanladıq.

Nurlan İbrahimov (“Qarabağ) açıqlamasında qadağa qoyulmadığını, bunun peşəkarlığa zidd olduğunu söylədi:

“O fərqli təşəbbüsdür. Bunu et və ya etmə demək düzgün deyil. Biz ümumiyyətlə klub trəfindən futbolçularımıza qol vuranda belə edin demirik. Bu peşəkarlığa zidd bir şeydir. Həm də futbolçunun oyununa, motivasiyasına təsir edəcək amillərdir. Bizim işimiz futbol oynamaqdır. “Qarabağ” Futbol Klubu olaraq işimizi bununla göstərməyə çalışırıq”.

Anar Hacıyev (“Qəbələ”) də həmkarının sözlərinə qoşuldu və bununla bağlı danışıq olmadığını dedi:

“Bu barədə heç bir müzakirə, danışıq olmayıb. Belə deyim, o onların öz milli komandasıdır və daxili məsələlərinə görə atılmış bir addımdır. Biz onlara hər hansı bir münasibət bildirə bilmərik, bildirməyimiz də düzgün çıxmaz”.

Qeyd edək ki, Azərbaycanda 1-ci divizionda çıxış edən “Neftçi-2”nin futbolçusu Əlibəy Məmmədli də “əsgər salamı” verərək dəstəklərini nümayiş etdirib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

ABŞ Ukraynaya silah tədarükü üzrə qrupun iclasını keçirəcək

İsrail ordusu: Ötən il Qəzzada öldürülən 3 girovun meyitləri tapılıb

Sankt-Peterburqda hərbi akademiyada partlayış olub, 7 nəfər yaralanıb - Yenilənib

Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - Faktiki hava, Yenilənib

Ən çox oxunanalar