Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş Prokurorluqdan Leyla Yunusla bağlı açıqlama


Baş Prokurorluq Leyla Yunusla bağlı açıqlama verib


Jurnalist Rauf Mirqədirovun həbsindən sonra hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus açıqlama verib. O, R. Mirqədirovun SDİ xətti ilə Ermənistana səfər etməsini bildirib və bunda heç bir cinayət tərkibi olmadığını dilə gətirib. Belə olan halda Leyla Yunusun da istintaqa cəlb edilməsi ehtimalı yaranır.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bununla bağlı münasibət bildirib. “Qeyd edilən cinayət işi üzrə istintaq məlumatlarının yayılması ibtidai araşdırmanın maraqlarına zidd olduğundan, eyni zamanda həmin informasiyalar istintaqa sirri təşkil etdiyindən sorğunuzun cavablandırılması cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən yolverilməzdir”, – deyə E. Sultanov bildirib.

Qeyd edək ki, aprelin 19-da Türkiyədən deportasiya edilmiş “Ayna-Zerkalo” qəzetinin əməkdaşı, Azərbaycan vətəndaşı Rauf Mirqədirov casusluq və dövlət sirri təşkil edən məlumatı ötürməkdə ittiham olunur.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə haqqında 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. O, Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır. Jurnalistin vəkili Fuad Ağayev bildirib ki, R. Mirqədirov 2008-2009-cu illərdə Azərbaycandakı hərbi vəziyyət barədə Ermənistana məlumat ötürməkdə şübhəli bilinir. R. Mirqədirov hələlik ifadə verməkdən imtina edib.(Modern.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Ədalət Şükürovun qızının toyundan ilk - Video

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar