Bazar, 13 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş Prokurorluqda Avropa Şurasının nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 22-də ölkəmizdə səfərdə olan Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığının rəhbəri Xristos Ciakomopoulos və Siyasi Məsələlər və Xarici Münasibətlər üzrə Direktoratlığının rəhbəri Papa Miroslav ilə Baş prokurorun birinci müavini Elçin Məmmədov arasında görüş keçirilib.

Bu barədə Poliqon.info-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Qonaqları salamlayan Elçin Məmmədov Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli və institusional tədbirlər barədə ətraflı məlumat verib.

Daha sonra, birinci müavin Azərbaycan Prokurorluğu tərəfindən beynəlxalq və regional təşkilatlarla, həmçinin digər ölkələrin prokurorluq və anti-korrupsiya qurumları ilə səmərəli əməkdaşlığın davam etdirdiyini, “Avropa Şurasının Azərbaycan üçün 2022-2025-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində nəzərdə tutulan tədbirlərin müvəffəqiyyətlə icra olunduğunu, eləcə də prokurorluq əməkdaşlarının həmin tədbirlərdə aktiv rol aldığını qeyd edərək, Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq layihəsi çərçivəsində təşkil olunan tədbirlərin, xüsusilə korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsinə müsbət təsirini vurğulayıb.

Qəbula görə təşəkkürünü ifadə edən Xristos Ciakomopoulos, Azərbaycan ilə Avropa Şurası arasında hər zaman etimad və qarşılıqlı hörmətə əsaslanan yüksək münasibətlərin olduğunu bildirərək, son illər ərzində korrupsiya ilə mübarizə sahəsində keçirilən islahatların səmərəliyindən və bu istiqamətdə atılacaq addımların əhəmiyyətindən bəhs edib.

Görüş zamanı cinayət yolu ilə əldə edilmiş aktivlərin bərpası, Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) hesabatı, Avropa Şurası tərəfindən maliyyələşən nifrət cinayətlərinə qarşı mübarizə sahəsində baş tutacaq layihələrdə prokurorluq əməkdaşlarının iştirakı və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin, Azərbaycanın Avropa Şurasında daimi nümayəndəsi Fəxrəddin İsmayılov və Avropa Şurasının Bakı Ofisinin rəhbəri Petr Zix iştirak edib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb - Yenilənib

Hacıqabulda leysan nəticəsində 300-dən çox ev su içində qalıb - Foto, Video, Yenilənib

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də qızıl medal qazanıb - Yenilənib

27 il əvvəl qız qaçırdığına görə həbs edildi - Hazırda 4 övladı var

XİN: Erməni əsilli hərbi cinayətkarların azad edilməsi barədə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil

Zakir Həsənov şərti sərhəddə revanşist qüvvələrin təxribatlarına qarşı preventiv tədbirlərin görülməsinə hazır olmağı tapşırıb

Hizbullah üçün peycerləri İran şirkəti alıb - Ölkə qarışdı…

Ərdoğan: Türkiyə hökumətində müəyyən dəyişikliklər ola bilər

Müdafiə naziri: Təminat yollarının daim işlək vəziyyətdə saxlanılması vacibdir

Erməni işğalçıların viran qoyduğu Füzuli: Dirçələn şəhər - Video

Azərbaycan ilə Küveyt arasında bir neçə sahədə əməkdaşlığa dair müqavilələr imzalanacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay