Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş nazir: Avropanın Rusiyadan gələn təhlükəyə hazırlaşması üçün 3-5 il vaxtı var

Rusiya üç-beş il ərzində NATO ölkələrinin şərq cinahı üçün yenidən ciddi təhlükə yaradacaq...

Poliqon xəbər verir ki, bunu Estoniyanın Baş naziri Kaya Kallas The Times” qəzetinə müsahibəsində bildirib. Nəşrin yazdığına görə, NATO-da Ukraynada ehtimal olunan atəşkəsdən sonra “rus qoşunlarının öz sərhədlərində canlanması” ilə bağlı narahatlıq artır.

“Kəşfiyyatımızın hesablamalarına görə, bu, üç-beş ildən sonra baş verəcək, bu, bizim Ukrayna ilə bağlı mövqeyimizin birliyini nə qədər qoruyub saxlamağımızdan çox asılı olacaq”, deyə xanım Kallas müvafiq sualı cavablandırarkən bildirib.

Baş nazir hesablamalarında Estoniya Xarici Kəşfiyyat Departamentinin hesabatına istinad etdiyini açıqlayıb. Bu kəşfiyyat hesabatı Ukraynada hərbi münaqişə zamanı tərəflərin atəşkəs barədə razılığa gələ biləcəyi ssenariyə əsaslanır.

Estoniya höküməti hesab edir ki, bu halda onların ölkəsi və iki qonşu Baltikyanı ölkə “NATO-nun ən həssas hissəsinə” çevriləcək. Kaya Kallas vurğulayıb ki, Baltikyanı ölkələrin nöqteyi-nəzərindən Rusiya hələ də bizim regionda real hərbi təzyiq göstərmək üçün kifayət qədər gücə malikdir.

Qeyd edək ki, Çexiya prezidenti Petr Pavel də NATO-nun RusiyaAvropa üçün bir nömrəli təhlükə hesab etdiyini bildirib. Bundan başqa “Bild” nəşri əldə etdiyi gizli sənədlərə əsasən yazıb ki, Almaniya Müdafiə Nazirliyi NATO ilə Rusiya arasında 2025-ci ilin yayında başlaya biləcək mümkün müharibə ssenarisini hazırlayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Ən çox oxunanalar