Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baltik ölkələrində yeni bank qalmaqalı yaşanır

Hazırda bununla bağlı İsveç Baş Prokurorluğunda araşdırmalar aparılır

Baltik ölkələrində fəaliyyət göstərən iri bankların adları korrupsiya və çirkli pulların yuyulması kimi maliyyə qalmaqallarında hallanmaqda davam edir.

İndi də bu siyahıya hər üç Baltik ölkəsində fəaliyyət göstərən və ən çox müştəri sayına malik isveç bankı “Swedbank” daxil olub. Estoniya hökuməti Danimarka bankı olan “Danske”nin fəaliyyətindəki qanunsuzluqlar səbəbindən onun fəaliyyətinə xitam və ölkəsindən tam çıxmaq üçün 8 ay vaxt verməsindən sonra “Swedbank”ın yoxlanmasına başlayıb.

“Swedbank”ın adı hazırda 2007-2015-ci illər ərzində həyata keçirilmiş çirkli pulların yuyulmasında hallanır.

İsveç televiziya kanalı olan SVT iddia edib ki, onların əlində həmin dövrdə qanunsuz dövriyyə etmiş 40 milyard isveç kronu barədə sənədlər var. Hazırda bununla bağlı İsveç Baş Prokurorluğunda araşdırmalar aparılır.

Bankın rəhbərliyi əsas müştəriləri və səhmdarları ilə danışıqlar aparıb, lakin bu, bir fayda verməyib. Bankın hazırkı zərəri artıq 3,2 milyard avrodur.

Estoniya hökuməti ölkəsində “Danske Bank”ın fəaliyyətini dayandırması barədə qərarını verdikdən sonra eyni yoxlamalar bankın Danimarka, Böyük Britaniya, Fransa və ABŞ filiallarında başlayıb.(AZƏRTAC)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Ən çox oxunanalar