Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Balakəndə maşın at arabasını vurdu: 2 yaralı



Balakəndə maşının at arabasını vurması nəticəsində iki nəfər xəsarət alıb


Dekabrın 16-sı axşam saatlarında  Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib. 1964-cü il təvəllüdlü, Oğuz rayon sakini Əfqan Məcid oğlu Səfərov idarə etdiyi “Hyundai” markalı, 90 GT 825 dövlət nömrə nişanlı avtomobillə Balakəndən Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən qarşısında hərəkətdə olan at arabasını vurub.
 
Qəza nəticəsində avtomobilin sürücüsü xəsarət almasa da, at arabasında olan iki nəfər Balakən rayonu Katex kənd sakinləri 1975-ci il təvəllüdlü, Qabil Sabir oğlu Mikanayev və 1968-ci il təvəllüdlü Sərvan Cumaəli oğlu Əbəçiyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.
 
Balakən RMX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində daxil olan yaralılardan Qabil Mikanayevin vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Sərvan Əbəçiyevin xəsarəti yüngül olduğundan ona ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
 
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır. (apa)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Kreml Ukraynanın keçmiş prezidentini axtarışa verib

Ən çox oxunanalar