Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının küçələrindən birində hərəkət məhdudlaşdırılır


Bakı şəhərinin Nərimanov rayonu Nəcəf Nərimanov küçəsində təmir işlərinə başlanılıb


Təmir işləri ilə əlaqədar küçədə avtonəqliyyat vasitələrinin hərəkətinə hissə-hissə və qismən məhdudiyyət tətbiq olunur.

Bu barədə "Azəravtoyol" ASC-dən daxil olan məlumatda bildirilib.

Məlumata görə, N.Nərimanov küçəsinin uzunluğu 630 metr, eni isə 10 metrdir. Təmir işləri çərçivəsində zəruri olan yerlərdə səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün yeni yağış-kanalizasiya qurulur. Bundan başqa, aidiyyəti qurum tərəfindən su xətlərinin yenilənməsi işləri də həyata keçirilir.

Təmir işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb, yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilir. Daha sonra küçənin 6 min kv. metrdən çox sahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Bundan başqa, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları da yenilənəcək.

Bu işlər çərçivəsində mövcud piyada səkiləri bərpa olunub və yeniləri tikilərək asfaltlanıb. Piyada səkilərinin kənarlarına 1 200 poqon metr yeni səki daşları düzülüb.

Təmir işləri bitdikdən sonra küçədə zəruri olan yerlərdə yol nişanları quraşdırılmaqla, yolcizgi, yolgöstərici xətlər çəkilməklə avtonəqliyyat vasitələrinin normal hərəkəti təmin olunacaq və küçə yeni görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar