Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda yol davası ölümlə bitdi - Video

Bakıda yol vermədiyi üçün sürücünü öldürdülər...

2019-cu il avqustun 31-də Respublika Klinik Xəstəxanasından Yasamal Rayon Polis İdarəsinə bıçaq xəsarəti ilə Bakı şəhər sakini Fərid Məmmədzadənin daxil olması və orada vəfat etməsi ilə əlaqədar məlumat daxil olub. Hadisə yerinə baxış keçirilən zaman səki üzərində səpələnmiş və torpaqla qarışmış şəkildə qanabənzər ləkələr aşkar edilib.

Baku.Tv xəbər verir ki, sentyabrın 1-də şübhəli şəxs qismində Bakı şəhər sakinləri, 27 yaşlı Həmid Babaverdiyev, Cahandar Cavadlı və 25 yaşlı Rüfət Bunyadzadə saxlanılıblar. İstintaqla müəyyən edilib ki, Həmid avqustun 31-i saat 19 radələrində qohumu Rüfət və tanışı Cahandarla birlikdə Cahandarın avtomobili ilə hərəkət edərkən qəflətən “Volkswagen Passat” markalı avtomobil qarşılarına çıxıb.

Həmin avtomobili idarə edən Fərid Məmmədzadə və sərnişin Ravin Rəhimli ilə arasında mübahisə başlayıb. Həmid və dostları maşından düşərək onların hərəkətinə yol vermədiklərini bəhanə edib, qrup halında Fəridə hücum ediblər. Həmid üzərindəki bıçaqla Fəridi qəsdən öldürüb.

Təqsirləndirilən şəxs qismində dindirilən Həmid Babaverdiyev bildirib ki, təhsil aldığı Ukraynada imtahanları bitdikdən sonra avqustun 17-də Bakıya qayıdıb. Ayın 31-də dostları ilə avtomobillə hərəkətdə olarkən, “Volkswagen Passat” markalı avtomobil sağ tərəfdən onların qarşısına keçib. Həmin avtomobilin sürücüsü Fərid Məmmədzadənin pəncərədən onları təhqir etməsi Həmidi əsəbiləşdirib. İşıqfordan keçdikdən sonra maşınları saxlayıb, dava ediblər.

Fərid Həmidə kənara keçməyini deyərək, sağ əlinin dirsəyi ilə çənəsinin sol tərəfindən zərbə vurub və söyüş söyüb. Ardınca Cahandarın üzərinə gedib. Həmid onu özündən kənarlaşdırmaq üçün, cibindən qatlanmayan metal rəngli bıçaq çıxardıb və qorxutmaq üçün aləti Fəridə tərəf uzadıb. Fərid geri addım atıb və “polis” deyərək qışqırmağa başlayıb. Həmid polislərin gələcəyindən qorxub, gəldikləri avtomobilə əyləşərək ərazidən uzaqlaşıb. Evə gəlib, valideynlərinə hadisə barədə danışıb. Daha sonra atası ilə birlikdə Yasamal Rayon Polis İdarəsinə gedib.

Həmidin sözlərinə görə, Fəridi öldürmək fikri olmayıb. Zərərçəkmiş Ravin Rəhimli isə ifadəsində bildirib ki, dostu Fərid, Həmid və Cahandarla əlbəyaxa olub. Həmid isə onu əvvəlcə başı, daha sonra isə yumruqla vurub. Sonra əlindəki bıçaqla Fəridi bıçaqlayıb. Fəridin sinəsini tutaraq “təcili yardım çağırın” qışqırdığını görəndə, Həmid Cahandar və Rüfətlə hadisə yerindən qaçıblar. Bu zaman Yol Patrul Xidməti avtomobilində 2 nəfər polis əməkdaşı yaxınlaşıb və onların köməyi ilə Fəridi xəstəxanaya aparıblar. Orada isə həkimlər Fəridin öldüyünü bildiriblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həmid Babaverdiyev 19, Cahandar Cavadlı və Rüfət Bunyadzadə hər biri 2 il müddətinə azadlıqdan məhrum olunublar.

pia.az


Etiket: bıçaqlanma

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Ən çox oxunanalar