Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda yaşayış binasındakı təhlükəli vəziyyətlə bağlı açıqlama - Video

Nizami Rayon İcra Hakimiyyəti (RİH) yaşayış binasında təhlükəli vəziyyətlə bağlı açıqlama verib. 

RİH-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nizami rayonu, E.Süleymanov küçəsi, 139 ünvanında yerləşən yaşayış binasının inşasına 1986-cı ildə “Azərsənayetikinti” dövlət şirkətinin “Bakısənayetikinti” Birliyinin sifarişi əsasında dörd nömrəli tikinti tresti tərəfindən başlanılıb:

“Amma binanın tikintisi başa çatdırılmayıb. Bildiririk ki, qeyd edilən ünvanda doqquzmərtəbəli, beşgirişli, 90 mənzilli binanın inşası nəzərdə tutulsa da, binanın birinci və ikinci girişləri səkkizinci mərtəbəyə qədər, üçüncü girişi birinci mərtəbəyə qədər, dörd, beş, altıncı girişləri isə beşinci mərtəbəyə qədər inşa olunub. Binanın inşasının başa çatmamasına baxmayaraq, orada 14 məcburi köçkün ailəsi və digər sakinlər məskunlaşıblar.

Eyni zamanda, nəzərinizə çatdırırıq ki, E.Süleymanov küçəsi 139 ünvanında inşası başa çatdırılmamış bina heç bir təşkilatın balansında deyil və sözügedən yarımçıq tikili ilə bağlı müvafiq tədbir görülməsi üçün tərəfimizdən aidiyyəti qurumlara dəfələrlə müraciət olunub”.

Qurumdan qeyd edilib ki, sözügedən binada hazırda heç bir tikinti işləri aparılmır:

 
“Həmin binada tikinti işlərinin aparılması ilə bağlı iddialar həqiqəti əks etdirmir”.

Qeyd edək ki, ötən gün Nizami rayonu ərazisində yerləşən yaşayış binasında təhlükəli vəziyyətin hökm sürməsi barədə görüntülər yayılmışdı. 

Poliqon.info 


Etiket: Bina


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar