Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda sexdə partlayışda xəsarət alanların vəziyyəti açıqlandı - Yenilənib

Zabrat qəsəbəsində baş verən partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sabunçu rayonu Zabrat qəsəbəsində baş verən hadisə ilə əlaqədar qurumun tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub və briqadalar dərhal hadisə yerinə cəlb olunub. 

Xəsarət alan dörd nəfər (üçü qadın, biri kişi olmaqla) müxtəlif dərəcəli yanıq xəsarətləri ilə TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub.

Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

***

Bakıda, Zabrat dairəsi yaxınlığındakı çörəkbişirmə sexində partlayış zamanı üç nəfər yaralanıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, sexin işçiləri olan Gülsənəm Quliyeva və Gülü Allahverdiyeva ağır xəsarət alıblar. Yaralananlardan biri Mərdan adlı müştəri olub.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, partlayışla bağlı heç bir müraciət daxil olmayıb.

Daxili İşlər Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, partlayışda ölüm halı qeydə alınmayıb.

***

Bakıda, Zabrat dairəsi yaxınlığındakı çörəkbişirmə sexində partlayış olub.

Haqqin.az bildirir ki, hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib.

Partlayış nəticəsində dörd nəfərin yaralandığı bildirilir. Müxtəlif dərəcəli xəsarətlər alan üç qadın və bir kişi Yanıq Mərkəzinə aparılıb.

Poliqon.info 


Etiket: Partlayış


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - Yenilənib

Azərbaycanda qadın müdirindən uşaq dünyaya gətirdi

Azərbaycanlı biznesmen oğluna dəbdəbəli ad günü etdi - Video

Polkovnikin faciəli şəkildə həlak olan oğlu dəfn edildi

Bu “sürət”lə hara gedirik? - ADY tənqid edildi

Parlament bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsinə baxacaq

İcra başçısının müavininə hücum edildi - Rəsmi açıqlama

İpoteka artırıldı: Bakıda mənzillər bahalaşacaq

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

Ən çox oxunanalar