Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda sayca 10-cu Avropa Film Festivalı başlayır

Bu münasibətlə mətbuat konfransı keçirilib...

"AzərbaycanAvropa İttifaqı ölkələri tərəfdaşdırlar. Yeni sazişin imzalanması üzərində işləyirik və mədəniyyətlər sayəsində insanları yaxınlaşdıraraq bunun üzərində işləməli və əməkdaşlıq etməliyik".

"Yeni Sabah" xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas Bakıda 10-cu illik Avropa Film Festivalının keçirilməsi münasibətilə təşkil edilən mətbuat konfransında deyib.

Səfirin sözlərinə görə, qarşıdakı festival azərbaycanlıların Avropa mədəniyyəti ilə tanış olmasının daha bir yolu olacaq: "10 il ərzində Azərbaycan tamaşaçısına, təxminən, 150 Avropa filmi nümayiş etdirmişik. Bu il festivalımız yibiley xarakterlidir. Festival çərçivəsində 15 film nümayiş etdiriləcək. Onlardan birinin rejissoru azərbaycanlıdır. Bundan əlavə, festivala Almaniyadan və Latviyadan da iki rejissor gələcək".

K.Yankauskas bu il festivalda Aİ-nin 14 ölkəsindən filmlərin, eyni zamanda bir azərbaycanlı rejissorun kino işinin təqdim olunacağını vurğulayıb.

Səfir həmçinin siyasi razılaşmaların əldə olunması üçün mədəni əlaqələrin də vacibliyini qeyd edib.

Öz növbəsində, Niderlandın Azərbaycandakı səfiri Onno Kervers Bakı tamaşaçılarının qarşıdakı film festivalında izləyəcəyi filmlərin onlara Avropa mədəniyyətinin nə qədər müxtəlif olduğunu görmək və anlamaq üçün fürsət verəcəyinə əminliyini bildirib.

Qeyd edək ki, Bakıda 10-cu Avropa Film Festivalı oktyabrın 2-dən 16-dək keçiriləcək.

pia.az


Etiket: film festivalı

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar