Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda qanunsuz ağac kəsilməsi ilə bağlı məmur barəsində cinayət işi başlanıb


Bakının Xətai rayonu, Əbilov küçəsi 12 saylı ünvanda yaşıllıq sahəsində tikinti işlərinin aparılması zamanı Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 85 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Zahid Bədəlov tərəfindən müxtəlif cinsli (dəfnə, tut, əncir və zeytun) 4 ədəd ağac və 6 ədəd nar kolunun qanunsuz olaraq kəsilməsi nəticəsində təbiətə 6600 manat məbləğində ziyan vurulması, eləcə də həmin ünvanda aparılan tikinti işləri ilə əlaqədar yaşıllıq sahəsinin kəsilməsinə dair hüquq verən rəsmi sənədlər təqdim edilməməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb


Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilib.
 
Məlumata görə, ilkin araşdırmalarla 85 saylı MKİS-in rəisi Zahid Bədəlovun qulluq mövqeyindən sui-istifadə edib Meşə Məcəlləsinin və meşə qanunvericiliyi üzrə normativ aktların tələblərini kobud surətdə pozaraq kəsməyə hüquq verən əsaslar olmadan xeyli miqdarda ziyan vurmaqla ağacları və kolları qanunsuz kəsməsi hallarına yol verməsi müəyyən edilib.
 
 
Həmin faktlarla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən 14 iyul 2017-ci il tarixdə Cinayət Məcəlləsinin 259.2.3 (qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
 
 
Hazırda cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar