Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda ödəmə terminalını oğurlayan şəxslər saxlanılıb

Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən marketlərdən birində quraşdırılan, içərisində 10 362 manat olan ödəmə terminalı naməlum şəxslər tərəfindən oğurlanıb...

Daxili İşlər Nazirliyindən Poliqon-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ödəmə terminalını oğurlamaqda şübhəli bilinən Salyan rayon sakinləri əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü Namiq Alxanov və həmyaşıdı Miri Fətiyev saxlanılıblar.

Araşdırma zamanı bu şəxslərin paytaxtın müxtəlif ərazilərində, habelə Abşeron rayonunda daha bir neçə marketdə quraşdırılan ödəniş terminallarından oğurluq etdikləri məlum olub.

Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. N.Alxanov və M.Fətiyevin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar