Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda növbəti torpaq sürüşməsi baş verdi



Havanın yağmurlu keçməsi daha bir problemi qabardıb


Bəzi ərazilərdə sürüşmə təhlükəsi aktivləşib. Bu dəfə sürüşən Sabunçu qəsəbəsindəki torpaq olub ki, o da bir evi yerlə yeksan edib. Bir neçəsinin isə başının üstünü uçma təhlükəsi alıb.

Bakının Sabunçu rayonu, Sabunçi qəsəbəsi, 26 Bakı komissarı küçəsində torpaq sürüşməsi baş verib. Təşvişə düşən sakinlər dərhal evlərini tərk etməyə məcbur olub.

Sakinlər deyirlər ki, bu cür hadisə artıq dəflərlə baş verir. Baş vermiş sürüşmə zamanı İradə Məmmədovaya məxsus fərdi evin yataq otağının divarı uçub. Ancaq bu uçquna səbəb kimi sakinlər burda dəmiryol xəttinin dəyişdirilməsilə əlaqədar yeni qazıntı işlərinin aparıldığını əsas gətirirlər. Evlərin yerləşdiyi ərazidə isə heç bir bəndbərkitmə işləri görülməyib.

Şikayətçi İradə Məmmədova, bir müddət əvvəl qonşunun divarının uçduğunu, indi isə öz yataq otağının divarının uçduğunu deyir.

Torpaq sürüşməsi zamanı bir neçə sakin məcbur olub yaşadaıqları evdən köçüb. Bəzi evlərin isə tamamilə uçaraq yerlə yeksan olduğunun şahidi olduq.

Problemlə əlaqədar üz tutduq Sabunçu Rayon İcra Hakimiyyətinə. Qurumun qəsəbə nümayəndəliyinin baş mühəndisi Arif Əmrahovla ilə əlaqə saxlaya bildik. O dedi ki, bununla bağlı quruma sakinlər tərəfindən müraciət olunmayıb. Amma həmin ərazidə yerləşən evlərin kanalzasiya xətti olmadığından çirkab suları evlərin arxasına yığılır və nəticədə torpaq sürüşməsi daha da aktivləşlir.

Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətilə 82-ci ildə oranı qazaraq xətt çəkmək istiyiblər.

Elə biz də deyilənə uyğun olaraq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov dedi ki, problemdən xəbardardırlar. Və bu ilk sürüşmə hadisəsi deyil. Yaxın vaxtlarda həmin ərazinin bərkidilməsi planlaşdırılır.



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar