Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda Misirin milli bayramı qeyd edildi

Bakıda Misirin milli bayramına həsr olunmuş rəsmi qəbul keçirilib.

“Report” xəbər verir ki, tədbirdə Misirin Azərbaycandakı səfiri Hişam Mohamed Nağı Abdel Həmid, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Hişam Mohamed Naqi Abdel Hamid çıxış edərək bildirib ki, 23 iyul tarixi misirlilərin qəlbində xüsusi bir yer tutur:

“23 iyul 1952-ci il inqilabı təkcə Misirdə deyil, bütün ərəb dünyasında və onun hüdudlarından kənarda mühüm dəyişikliklərə səbəb olub. Ölkə daxilində vətənpərvərlik hisslərini aşılayıb və misirlilərə torpaq sahibi olmağa, pulsuz təhsil və səhiyyə xidmətlərindən istifadə etməyə imkan verib, sürətli sənayeləşməni və sosial-iqtisadi inkişafı təşviq edən islahatlar həyata keçirilib”.

 
Səfir qeyd edib ki, Misir və Azərbaycanı çoxillik dostluq münasibətləri, xalqlarımızı isə qarşılıqlı hörmət və oxşarlıq birləşdirir:

“Misir 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Keçən il biz hökümətlərimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik. Bu ilin əvvəlində Prezident Əbdülfəttah Əl-Sisinin Bakıya səfəri ikitərəfli münasibətlərimizin inkişafında mühüm mərhələ oldu. İkitərəfli münasibətlərdə daha da artan irəliləyişlərin şahidi olduq. Azərbaycan iqtisadi tərəqqi, sosial sabitlik, qlobal sülh və təhlükəsizliyə nail olmaq öhdəliyimizi bölüşür. Biz daxili şərtlərimizə uyğun olaraq iqtisadi inkişafa və sosial tərəqqiyə nail olmaq üçün bir-birimizin səylərini qətiyyətlə dəstəkləyirik. Ümidvaram ki, Misir Ərəb Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlər bundan sonra da inkişaf edəcək və çiçəklənəcək”, - səfir əlavə edib.

Poliqon.info 


Etiket: Bayram


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - Yenilənib

AMEA prezidentinə müşavirlər təyin olunub - Foto

İsrail İranın hücumlarına cavabla bağlı ABŞ-la məsləhətləşəcək

Ən çox oxunanalar