Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda bu qəbiristanlıqlar zibilxanaya çevrilib - Video

Bakıda qəbiristanlıq boyu hər tərəfə o qədər məişət tulantıları atılıb ki, zibilxananı xatırladır

İzləyicilər tərəfindən "Xəzər Xəbər''in votsap nömrəsinə göndərilən bu görüntü paytaxtın Suraxanı rayonu Qaraçuxur qəbiristanlığında çəkilib.

"Qaynar xətt"ə göndərilən digər görüntü isə Binəqədi rayonu kənd qəbristanlığında çəkilib.

Araşdırmamız nəticəsində məlum olub ki, hər iki qəbiristanlıq Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin balansındandır.


Qurumun baş mühəndisi Sabir Həsənovun sözlərinə görə, ziyarətçilərin məsuliyyətsizliyi nəticəsində bu kimi hallar demək olar ki, bütün qəbiristanlıqlarda müşahidə edilir. Sözügedən hər iki qəbiristanlıq təmizlənsə də xidmətin bütün qəbirlərin ətrafını təmizləyəcək qədər canlı qüvvə və texnikasının olmadığı bildirilir.

Əhaliyə Vətəndaşlıq Xidməti Trestindən bildirilir ki, vətəndaşlar xoşagəlməz halla qarşılaşdıqda bu quruma müraciət etməlidir.

Bayram günlərdə qəbiristanlıqlar daha çox ziyarət edildiyindən buradakı natəmizlik də artır. Buna görə də trest tərəfindən nəzarətin gücləndiriləcəyi bildirilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

pia.az

 

 


Etiket: Qəbiristanlıq

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar