Cümə axşamı, 10 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda 17 yaşadək həndbolçu qızların Avropa çempionatının açılış mərasimi keçirilib

Bakıda 17 yaşadək həndbolçu qızlar arasında Avropa çempionatının açılış mərasimi keçirilib...

“Report”un məlumatına görə, tədbir Bakı İdman Sarayında təşkil olunub.

Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov və Avropa Həndbol Federasiyasının nümayəndəsi Ştefan Lövqren iştirak ediblər.

Onlar çıxışlarında Azərbaycanda həndbolun inkişaf etdiyini, Avropa çempionatının Bakıda təşkil olunmasından məmnun olduqlarını bildiriblər. Qonaqlar iştirakçı komandalara yarışda uğurlar arzulayıblar.

Dövlət Himni səsləndirildikdən sonra tədbir bədii hissə ilə davam etdirilib.

Azərbaycanın U-17 yığması qitə birinciliyində ilk görüşünə bu gün çıxacaq. Millinin Gürcüstanla matçı saat 18:30-da başlayacaq.

Qeyd edək ki, avqustun 13-dək davam edəcək qitə çempionatında Azərbaycan, Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan milliləri A qrupunda, İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları komandaları isə B qrupunda mübarizə aparırlar.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Sanki mənə evlilik təklif edib,”hə” cavabı alıb…” - Polad Həşimovun xanımı

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - Yenilənib

Aslan İsmayılov: "İş adamlarına edilən haqsızlıqlara son qoyulmalıdır"

İsrail MN: İrana hücumumuz ölümcül, son dərəcə dəqiq və gözlənilməz olacaq

Azərbaycanda qadın müdirindən uşaq dünyaya gətirdi

Avropa Parlamenti Gürcüstana ayrılan maliyyənin dondurulmasını tələb edib

“Mədəniyyət Nazirliyi araşdırma başladıb” - Müğənnilərdən açıqlama - Foto

Dağıstanda Rusiya-Azərbaycan sərhədində portal təftiş-yoxlama kompleksinin təmiri başa çatıb

Ən çox oxunanalar