Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Texniki Kollecində direktor əvəzi rüşvət qiymətlərini qaldırb


Artıq ölkənin ali və orta ixtisas məktəblərində yay sessiyası başa çatmaq üzrədir. Bu üzdən təhsil ocaqlarında baş alıb gedən rüşvət bazarı barədə mətbuata daxil olan məlumatlar da artmaqdadır.


Bakı Texniki Kollecinin bir qrup tələbəsi adından PİA.AZ-ın elektron poçtuna daxil olan şikayət məktubunda bildirilir ki, Kollecin direktoru Ramazan Məmmədovu müvəqqəti əvəz edən müavin Fərrux Məmmədov təhsil ocağında rüşvətin qiymətini qaldırıb.  Belə ki, hazırda kollecdə keçirilən imtahanlara görə tələbələrdən məcburi qaydada fakültəyə görə 400-500 manat arası rüşvət alırlar.

Qeyd edək ki, Baki Texiki Kollecində Dizayn, Mühasibat uçotu, Gömrük işi, Neft və Qaz yataqlarının istismarı, Nəqliyyat vasitələrinin texniki istismarı, Nəqliyyatda daşımaların təşkili, Yol hərəkətinin təşkili ixtisasları var. Təhsil ocağında 700 yaxın tələbə oxuyur. 

Bildirilir ki, kolecin direktoru Ramazan Məmmədov uzun müddətdir ki, işə çıxmır və qeyri-rəsmi məlumata görə direktor Türkiyədə müalicə alır. Direktoru əvəz edən müavini Fərrux Məmmədov isə direktor səlahiyyətlərindən istifadə edərək rüşvət qiymətlərini qaldırıb. Daxil olan məlumata əsasən direktor əvəzi şöbə müdirlərinin əli ilə tələbələrdən məcburi rüşvət yığdırır. Belə ki, Dizayn, Mühasibat uçotu, Gömrük işi fakultələrindən şöbə müdiri Qalib müəllim, Neft və Qaz yataqlarının istismarı, Nəqliyyat vasitələrinin texniki istismarı fakultələrindən diggər şöbə müdir Natiq müəllim və Yol Hərəkətinin təşkili fakultəsinin tələbələrindən isə pulları şöbə müdiri Raziyə Tağıyeva yığır. İmtahanları vermək üçün 400-500 manatı arası pulu ödəməyən tələbələr imtahandan kəsilir. Bildirilir ki, tələbələr pulları qabaqcadan ödəməyə məcburdurlar və pulu ödəməyənlər imtahanlarda qeyri-kafi qiymət alırlar.

Kollec tələbələri qeyd edirlər ki, şöbə müdirlərinin “hesabın” verənlərə əvvəllcədən imtahan sualları verilir və onlarda hazır blankalara cavabları yazaraq müəllimlərə verirlər. Yəni Bakı Texniki Kollecində imtahanlar iki dəfə keçirilir. 

Əslində isə əsas imtahan rüşvət verən tələbələr üçün formal xarakter daşıyır. Çünki onların test blankları hazır yazılmış vəziyyətdə olur, hətta imtahanlara nəzarət edən təhsil nazirliyindən göndərilmiş nümayəndə heyyəti belə vəziyyətdən xəbərsiz olurlar. 

Şikayətçilər bildirirlər ki, Fərrux Məmmədov direktor Ramazan Məmmədovun müalicə üçün Türkiyəyə getməsini fürsət bilərək imtahanlarda külli miqdarda qazanc götürməyə çalışır.

Qeyd edək ki, şikayətlə bağlı kolleclə əlaqə saxlamağa çalışsaq da, telefona cavab verən olmadı.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar