Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı aeroportunun sərnişin dövriyyəsi 1,5 dəfə artıb

AZAL-ın marşrut şəbəkəsinin genişləndirilməsi və ölkəyə yeni beynəlxalq aviaşirkətlərin cəlb edilməsi çərçivəsində 2023-cü ilin ilk altı ayı ərzində görülən işlər 2022-ci ilin eyni dövrü ilə müqayisədə sərnişin axınının artımında mühüm rol oynayıb. Bu, Azərbaycanda aviasiya sektorunun inkişafındakı müsbət dinamikanın əyani təsdiqidir.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, 2023-cü ilin yanvar-iyun aylarının göstəricilərini ötən ilin müvafiq dövrü ilə müqayisə etdikdə Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsində xeyli artım müşahidə etmək olar. Bu ilin altı ayı ərzində Bakı aeroportunun ümumi sərnişin axını 1,5 dəfə artaraq 2 milyon 464 min nəfərdən çox həddə çatıb. 2022-ci ilin altı ayında bu göstərici 1 milyon 634 min nəfər təşkil edirdi.

Qeyd edək ki, daşınan bütün sərnişinlərin 49,82% beynəlxalq aviadaşıyıcıların payına düşür. Xarici aviaşirkətlər 1 milyon 236 mindən çox sərnişin daşıyıblar ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə bu seqmentin 34% artımı deməkdir.

Sərnişin daşımalarının qalan hissəsi AZAL tərəfindən həyata keçirilib - 2023-cü ilin altı ayında 1 milyon 227 min nəfərdən çox sərnişinə xidmət göstərilib. Ən çox sərnişin Bakıdan Naxçıvana və əks istiqamətdə daşınıb. Qeyd olunan dövr ərzində bu göstərici 300 min çox nəfər təşkil edib.

 
2023-cü ilin ilk altı ayında 57 xarici aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm uçuşlar həyata keçirib. Ən çox sərnişin “Turkish Airlines”, “Utair”, “Aeroflot”, “FlyDubai” və “WizzAir” aviaşirkətləri tərəfindən daşınıb. Sərnişinlər üçün əlçatanlığın və rahatlığın təmin olunması məqsədilə Azərbaycana uçuşlar həyata keçirən xarici aviaşirkətlərlə əməkdaşlığın genişləndirilməsi hazırda da davam etdirilir.

Vurğulayaq ki, sərnişin axınının və xarici aviaşirkətlərin sayının artmasını nəzərə alaraq, cari ilin iyunun 20-dən etibarən Bakı hava limanının 2-ci Terminalı beynəlxalq reysləri bərpa edərək səyahətçilər üçün yeni imkanlar açır. Bu terminal aviaşirkətlərə, o cümlədən aşağıbüdcəli aviadaşıyıcılara Azərbaycana və Azərbaycandan istiqamətlərin sayını artırmaq üçün üstünlüklər təqdim edir.

Belə ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun hər iki terminalının fəaliyyəti, eləcə də ölkənin regional hava limanlarının fəaliyyətinin genişləndirilməsi daha da çox turist qəbul etməyə və Azərbaycanın aviasiya sektorunda rəqabət qabiliyyətini artırmağa imkan verəcək.

Poliqon.info 


Etiket: AZAL


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar