Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakı-2015”in baş direktoru Azərbaycanı müdafiyə etdi


“Bakı-2015”in baş əməliyyat direktoru İlham Əliyevə qarşı çıxmaqdan imtina etdi


“Erməni işi”nin əsas fiqurantlarından olan Leyla Yunusun və digərlərinin həbsindən sonra bir sıra beynəlxalq insan haqları təşkilatları Azərbaycana qarşı yeni kampaniyaya başlayıblar.

Virtualaz.org saytı xəbər verir ki, bu kamaniyanın təşkilatçıları Azərbaycan hakimiyyətini qaralamaq səylərində bir qədər də uzağa gedərək gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunlarını gözdən salmağa çalışırlar.

Britaniyanın “İnternational Business Times” nəşrinin yazdığına görə “Amnesty İnternational” və digərləri  “Bakı-2015”in baş əməliyyat direktoru, nüfuzlu britaniyalı  idman meneceri Saymon Kleqqdən “Azərbaycanda insan haqlarının pozulmasına münasibət bildirməyə” çağırıblar. “İnternational Business Times” nəşrinin əməkdaşı Saymon Kreqqə müraciət edərək bu çağırışlara qoşulub-qoşulmayacağı haqda soruşub. Azərbaycan prezidenti İlham Əliyevi çoxdan tanıdığını və onun ölkə üçün hansı işləri gördüyündən xəbərdar olduğunu deyən S.Kleqq bu kampaniyaya qoşulmaqdan imtina edib.

Nəşr xatırladır ki, Saymon Kleqq 2012-ci ildə Londonda keçirilən Yay Olimpiadasının baş təşkilatçısı olub. Həmin vaxt o, Britaniyanın Olimpiada Assosiasiyasının icraçı direktoru idi. S.Kleqq Londonda keçirilən olimpiya oyunlarını yüksək səviyyədə təşkil etdiyinə görə “Bakı-2015”in baş əməliyyat direktoru seçilib. Britaniyalı menecer Azərbaycanda insan haqlarına dair vəziyyəti şərh etməkdən imtina edərək bildirib: “Mən başa düşürəm ki, siyasəti və idmanı bir-birindən ayırmaq çətindir, lakin indiki vəziyyətdə mən bütün diqqətimi görməli olduğum işə cəmləşdirmişəm”.

S.Kleqq əlavə edib ki, Bakı oyunlarını təşkil etmək üçün onun cəmi 30 ay vaxtı var, hansı ki, bir qayda olaraq təşkilatçılara olimpiya yarışlarının təşkili üçün 7 il vaxt ayırırlar. “Elə buna görə də mənim bütün səylərim və diqqətim Avropanın ən yaxşı idmançıları üçün, həm Azərbaycan üçün ən yaxşı oyunların təşkilinə yönəlib. Siyasi məsələlərə gəldikdə isə bu suallar siyasətçilərə ünvanlanmalıdır” S.Kleqq əlavə edib.

Britaniya ordusunda bir neçə il qulluq etmiş və “Ipswich Town” futbol klubunun icraçı direktoru olmuş S.Kleqq onu da bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev idmanın gücünü və gənc dövlət üçün hansı əhəmiyyət kəsb etdiyini yaxşı bilir. “Heç vaxt yaddan çıxarmaq lazım deyil ki, İlham Əliyev prezident seçilməzdən əvvəl də Milli Olimpiya Komitəsinin prezidenti olub. O, öz ölkəsinin Milli Olimpiya Komitəsinin rəhbəri kimi Olimpiya oyunlarını yaxından izləyib və idmanın gücünü, gənc dövlət üçün hansı əhəmiyyətə malik olduğunu dəqiq başa düşür. Azərbaycanın müstəqil dövlət kimi cəmi 22 yaşı var. O, müstəqillik əldə edənə qədər on illər ərzində sovet hakimiyyətinin nəzarətində olub və prezidentin idman vasitəsilə ölkəsinə nə qazandıra biləcəyinə dair baxışlarını bu planda nəzərdən keçirmək lazımdır. Mən elə buna görə də buradayam və Bakı oyunlarının təşkilatçılığını üzərimə götürməkdə çox şadam” deyə S.Kleqq bildirib.

Bakı-2015”in baş əməliyyat direktoru deyib ki, bundan əvvəl də olimpiya oyunlarını siyasətə qarışdırmaq cəhdləri olub. O, İlham Əliyevi yaxından tanıdığını və keçmişdə onunla işlədiyini bildirərək əlavə edib ki, siyasi suallara yox, üzərinə götürdüyü öhdəliklərlə bağlı suallara cavab verməyə hazırdır.
(Virtualaz.org)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Ən çox oxunanalar