Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərsu” və “Azəriqaz”dan limitlə bağlı açıqlama

Koronavirus pandemiyasının yaratdığı sosial-iqtisadi çətinlik fonunda aprel ayından etibarən, vətəndaşların elektrik enerjisindən aylıq istifadə limiti artırılıb...

 

Qərara uyğun olaraq, aprel və may ayları üçün enerji sərfiyyatı limiti 300 kVt-dan 400 kVt-a qaldırılıb.

Vətəndaşların elektrik enerjisindən istifadə limitinin artırılması fonunda “Azərsu” və “Azəriqaz” kimi qurumların analoji addımı atmamalarının səbəbi maraqlı görünür. Əhali isə indiki vəziyyətdə su və təbii qazdan istifadə limitinin artırılmasını gözləyir.

Təbii qazdan istifadə limitinin artırılması imkanları barədə Yeniscag.az-a danışan “Azəriqaz”ın mətbuat katibi Ceyhun Səfərov bildirib ki, bu məsələ yalnız müvafiq dövlət qurumları səviyyəsində həll oluna bilər:

“Əhaliyə verilən təbii qazın limitinin tənzimlənməsi “Azəriqaz”ın səlahiyyətində olan məsələ deyil. Limitlə bağlı istənilən qərar Tarif Şurası tərəfindən qəbul olunur.

Ona görə də bir qurum olaraq, limitin azaldılması və ya artırılması ilə bağlı məsələlərə müdaxilə etmirik”.

“Azərsu” ASC mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bildirib ki, təmsil etdiyi qurum dövlətin qərarı olmadan limiti artırmaq səlahiyyətinə malik deyil:

“Karantin rejimi ərəfəsində limitin artırılması Nazirlər Kabinetinin qərarına əsasən, təyin olunur. Nazirlər Kabinetinin vətəndaşlara verilən suyun limitinin artırılması ilə bağlı bir qərarı yoxdur. Ona görə də, özbaşına hər hansı qərar verə bilmərik”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Azərbaycanda 10 saatlıq nadir əməliyyat: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - Video

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib

Ən çox oxunanalar